09:53 25 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Almaniyalı nəsimişünas Mixael Hessin

Alman nəsimişünas: "Nəsiminin yaradıcılığına aşiq oldunsa, dilini anlamaq çətin deyil"

© Facebook / michael.berlinistanbul
MƏDƏNİYYƏT
Qısa URL
1988 0 0

Mixael Hessin: "Çalışıram ki, Nәsimi barәdә bu il әrzindә iki kitabım çapdan çıxsın, biri alman dilinә tәrcümәlәrlә, biri isə elmi kitab olacaq"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Məlum olduğu kimi, 2019-cu il ölkəmizdə Prezident tərəfindən dahi mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illiyi münasibətilə "Nəsimi ili" elan edilib. Bu il müddətində paytaxt Bakıda və digər regionlarda şairin yubileyi ilə bağlı silsilə tədbirlər həyata keçiriləcək.

Sputnik Azərbaycan-ın əməkdaşı alman nəsimişünas Mixael Hessin ilə həmsöhbət olub. Ondan dahi şairin yaradıcılığı haqqında fikirlərini öyrənib.

- Siz niyə məhz nəsimişünas olmağı qərara aldınız?

- Bunu planlaşdırmamışdım. Sırf tәsadüf idi. Mәnә bir jurnal üçün Nәsimi barәdә mәqalә yazmağı tәklif etmişdilər. Mən də məqalə yazmaq üçün İmaməddin Nəsimi yaradıcılığını araşdırmalı oldum. Bu zaman məndə şairin yaradıcılığına qarşı böyük maraq oyandı. Qərara gəldim ki, Nəsimi yaradıcılığını daha dərindən araşdırım.

- Azərbaycan dilini öyrənməkdə çətinlik çəkdiniz? Neçə vaxta öyrəndiniz?

- İxtisasca türkoloqam. Məhz buna görə də Türk dilini öyrənmişəm. Bakıya gәlәndә Azərbaycan dilində danışmağa başladım və yavaş-yavaş təkmilləşdirdim.

- İmaməddin Nəsiminin yaradıcılığında sizi nə cəlb elədi?

- Nәsimi maraqlı şair olub. Onun düşüncələri, şeirlərində bildirdiyi fikirlər məni cəlb elədi. O, müsəlman olsa da, İslam ölkəsində böyüsə də, ümumbәşәri fikirlәri dә ifadә edib. Yәni hәm bu әnәnәdә yaşayıb, hәm dә bu әnәnәyә yeni nəfəs gәtirib. Həmçinin, onun şeirlәri çox mükәmmәldir.

- Nəsiminin dili çətindir. Onu araşdırmaq sizə çətin deyil?

- Nәsimi dili çox çәtindir, amma onun yaradıcılığını sevən insan üçün heç də çətin deyil. Yetər ki, şairin yaradıcılığına aşiq olasan.

- Onun hansı əsərlərini daha çox sevirsiniz?

- Bir neçә şerini sevirəm. Mәsәlәn, "Mәrhaba", "Xoş gәldin ey ruhi-rәvanım" vә ya "Әgәrçi candasan, canda(n) nihansan"...

- Azərbaycanda bu il "Nəsimi ili" elan olunub. Buna münasibətiniz?

- "Nәsimi ili" elan olunması çox vacib vә sevindirici hadisәdir. Mәn aprel ayında Nәsimi barәdә mühazirә oxuyacam. Çalışıram ki, Nәsimi barәdә bu il әrzindә iki kitabım çapdan çıxsın, biri alman dilinә tәrcümәlәrlә, biri isə elmi kitab olacaq. Azərbaycanda da Nəsimi ilə bağlı silsilə tədbirlərin keçirilməsi çox sevindirici haldır.

- Nəsiminin "Sığmazam" qəzəli hind musiqisi ilə sintez edilib. Buna sizin münasibətiniz necədir?

- Münasibətim yaxşıdır. Ona görә ki, bu, Nәsimi irsinin yaşadığını sübut edir. Bәstәlәr, ümumiyyәtlә, şeirin keyfiyyәtliliyindәn doğur, pis şeirә heç kim musiqi yazmaz və oxumaz.

Əlaqədar

Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
Akademik: ““Nəsimi ili” tarixi əhəmiyyətə malikdir”
Dünyanın hər yerində Nəsimi ilə bağlı tədbirlər keçiriləcək
Teqlər:
yaradıcılıq, şeir, şair, İmadəddin Nəsimi

Əsas mövzular