Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti: “Səhnəni şöhrətin zirvəsində olanda tərk etmək lazımdır”

© Photo : Vk / club15681741Rusiyanın xalq artisti, beynəlxalq vokalçılar müsabiqəsinin laureatı, Moskva konservatoriyasının Vokal kafedrasının professoru Larisa Rudakova
Rusiyanın xalq artisti, beynəlxalq vokalçılar müsabiqəsinin laureatı, Moskva konservatoriyasının Vokal kafedrasının professoru Larisa Rudakova - Sputnik Azərbaycan
Abunə olmaq
"Həmişə səhnədə elə oxumalısız ki, sanki bu, sizin həyatınızın sonuncu tamaşasıdır"

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Rusiyanın xalq artisti, beynəlxalq vokalçılar müsabiqəsinin laureatı, Moskva konservatoriyasının Vokal kafedrasının professoru Larisa Rudakova Azərbaycan Opera və Balet Teatrının rəhbərliyinin dəvəti ilə azərbaycanlı həmkarlarına Bakıda master-klass keçib. Opera müğənnisi Bakıda olarkən Sputnik Azərbaycan-a müsahibə verib.

Женщина в ванне, фото из архива - Sputnik Azərbaycan
Tanınmış müğənni vanna otağından klipini paylaşdı

- Larisa Borisovna, bizim şəhərdə bir neçə il əvvəl olmusuz. Yeni Bakı sizdə hansı təəssüratları oyadıb?

- Mən Bakıda on il əvvəl olmuşam. Burada konsertdə çıxış etmişəm, amma etiraf edim ki, onun məhz harada olduğunu bilmirəm. Artistin qarşısında duran tapşırıq vaxtında gedəcəyin yerə uçmaq, səhnəyə çıxmaq və oxumaqdır. Şəhəri isə biz adətən yol gedərkən, maşından görürük. Biz əsasən mehmanxananı və çıxış edəcəyimiz səhnəni görürük.

Bakı gözəl şəhərdir. Onun qeyri-adi prospektləri, bulvarı və küçələri var. Bura təkrar-təkrar gəlmək istəyirsən. Sizin çox xeyirxah və mehriban insanlarınız var. Əgər harasa getmək istəsən və ora necə gedə biləcəyini soruşsan, sənə yerli-yataqlı başa salacaqlar. Ona görə də Bakıda azmaq mümkün deyil. Burada hər şey mənim xoşuma gəlir. Mən Azərbaycan Opera və Balet Teatrının direktoru Arif Məlikovun sayəsində artıq iki həftədir ki, Bakıdayam. Buna görə də şəhəri bol-bol gəzmək mənə nəsib olub. Həm solistlər, həm də konsertmeysterlər mənimlə çox diqqətli davranıblar. Onlar mənim qayğıma qalaraq hər yeri göstəriblər. Onlarla İçərişəhəri ziyarət etmişəm, öz tələbələrim üçün hədiyyələr, eləcə də meyvə quruları almışam.

© Vk / club15681741Rusiyanın xalq artisti, beynəlxalq vokalçılar müsabiqəsinin laureatı, Moskva konservatoriyasının Vokal kafedrasının professoru Larisa Rudakova
Xalq artisti: “Səhnəni şöhrətin zirvəsində olanda tərk etmək lazımdır” - Sputnik Azərbaycan
Rusiyanın xalq artisti, beynəlxalq vokalçılar müsabiqəsinin laureatı, Moskva konservatoriyasının Vokal kafedrasının professoru Larisa Rudakova

- Bəs Azərbaycan mətbəxi barədə nə deyə bilərsiz? Hansı yemək sizin daha çox xoşunuza gəlib?

- İlk dəfə sizin şah-plovun dadına baxdım. Mənə hələ Moskvada mütləq bu plovun dadına baxmağı məsləhət görmüşdülər. Moskvada mənim tələbəm var və onun atası Azərbaycandandır. Onlar tez-tez Bakıya qohumlarıgilə gəlirlər. Məhz o, ilk dəfə mənim yanımda bu xörəyi reklam edib. Özü də bu plovu Bakıda məhz İçərişəhərdəki restoranlardan birində yeməyi tövsiyə etmişdi. Şah-plovu yeyəndən sonra başa düşdüm ki, onu mənə əbəs yerə tövsiyə etməyiblər. Bu, sadəcə tayı-bərabəri olmayan yeməkdir. Kababın, qutabın, müxtəlif növ paxlavaların və bir çox digər şirniyyatların da dadına baxmışam. Teatrda qızlar hər gün mənə dadlı nəsə gətirirlər.

- Azərbaycan musiqisi ilə tanışsız? Ümumiyyətlə, onu haradasa eşitmisiz?

Солист Большого театра России Юсиф Эйвазов (тенор), фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı müğənni Parisdə ilk dəfə solo konsert verəcək

- Mən yalnız Polad Bülbüloğlunun ifasında onun kompozisiyasını eşitmişəm. Hələlik muğama qulaq asa bilməmişəm, amma bunu çox istəyirəm. Eyni zamanda klassik Azərbaycan bəstəkarlarının yaradıcılığı ilə tanış olmaq istəyirəm. Ümid edirəm ki, gələcəkdə bura yenidən gəlmək və onlara qulaq asmaq imkanım olacaq.

- Bakıya gələnə qədər azərbaycanlı opera müğənniləri ilə tanış olmuşdunuz?

- Mən Elçin Əzizovla çoxlu tamaşalarda oxumuşam. O, gözəl müğənnidir, çox peşəkar artistdir və yaxşı insandır. Yusif Eyvazovla birlikdə çıxış etmək hələlik mənə müyəssər olmayıb, amma düşünürəm ki, bu alınacaq, çünki hər şeyin öz vaxtı var. Azərbaycanlı opera müğənniləri Rusiya və xaricdə çoxdur. Mən tez-tez Rusiyada keçirilən və beynəlxalq müsabiqələrdə münsiflər heyətinin üzvü oluram, orada çoxlu azərbaycanlılara rast gəlirəm. Sizdə çox yaxşı yetişməkdə olan vokalçılar nəsli var. Bu, təkcə Azərbaycanda yaşayanlara aid deyil, həm də Rusiyada yaşayan azərbaycanlılara da aiddir. Onların səsinin yaxşı təbiəti və potensialı var.

- Azərbaycanlı həmkarlarla işləmək çətin deyil ki?

- Uşaqlar tez götürürlər, yaxşı yumor hisləri var. İnsanlar bir işə rahatlıqla qoşulanda, onlarla işləmək asan olur.

Döymənin vurulması, arxiv şəkli - Sputnik Azərbaycan
Müğənni öz sevgisini qəribə tərzdə büruzə verdi - FOTO
 Mən artıq bizim master-klassların nəticəsini görürəm və buna görə şadam. Pedaqoqun əsas vəzifəsi hansısa çatışmazlıqları göstərmək deyil, düşüncə tərzini dəyişdirməkdir ki, sonra insan özü bu işin öhdəsindən gəlsin. Biz həkimlər kimiyik, düzgün diaqnoz qoymalıyıq və müalicəyə bundan sonra başlamalıyıq. Yerdə qalan pasientin özündən asılıdır ki, o, sağalmaq istəyir, ya yox. Solistlərin əhval-ruhiyyəsi yaxşıdır, dağı yerindən oynatmaq istəyirlər, ona görə də düşünürəm ki, hər şey yaxşı olacaq. Teatra toplanmış solistlər ləyaqətli insanlardır. İstərdim ki, əlbəttə əgər maliyyə imkanları olsa, truppanın heyəti bir qədər artırılsın. Teatrda ən əsas nəsillərin davam etməsi, ənənələrin yaşlılardan cavanlara ötürülməsidir. Bunun üçün yeni ifaçıların axını lazımdır. Teatr dotasiyasiz yaşaya bilməz.

- Təəssüf ki, heç də həmişə yaşlı nəslin nümayəndələri gəncləri dəstəkləmək istəmir...

- Bu, düzgün deyil. Teatra gələn insan başa düşməlidir ki, onun ömrü sonsuz deyil. Tamamilə sakit şəkildə öz yerini gənclərə güzəştə getməlidir. Əgər sən istədiyini oxumusansa, şöhrət qazanmısansa, nə qədər qalacaqsan?! Səhnəni vaxtında tərk etmək lazımdır. Mən ömrüm boyu teatrda işləmiş müğənni kimi başa düşürəm ki, səhnəyə çıxan zaman kiminsə arxanca dediyi "səsi yoxdur, amma yenə də çıxıb getmir" sözlərini eşitmək hər şeydən dəhşətlidir. Şöhrətinin zirvəsində olanda səhnəni tərk etmək lazımdır.

© Vk / club15681741Rusiyanın xalq artisti, beynəlxalq vokalçılar müsabiqəsinin laureatı, Moskva konservatoriyasının Vokal kafedrasının professoru Larisa Rudakova
Xalq artisti: “Səhnəni şöhrətin zirvəsində olanda tərk etmək lazımdır” - Sputnik Azərbaycan
Rusiyanın xalq artisti, beynəlxalq vokalçılar müsabiqəsinin laureatı, Moskva konservatoriyasının Vokal kafedrasının professoru Larisa Rudakova

- Sizin Rusiyada uşaqlar üçün öz vokal məktəbiniz var və siz orada müxtəlif yaşlarda olan vokalçılara dərs deyirsiz. İndi opera müğənnisi olmaq istəyənlər çoxdur?

- Bizim məktəb təzə açılanda on yaşlı arıq bir oğlan gəldi və dedi ki, mən xalq artisti və "Bolşoy Teatr"ın (Böyük Teatr) solisti olmaq istəyirəm. Mən bu sözdən cəsarətləndim və var gücümlə onunla məşğul oldum. İndi o, artıq bir çox beynəlxalq müsabiqələrin laureatıdır. Yaxşı uşaqlar çoxdur. Sadəcə biz elə zəmanədə yaşayırıq ki, valideynlər işdə yorulurlar, heç də hamının uşağı ilə məşğul olmağa və onları hansısa dairələrə aparmağa vaxtı yoxdur. Bu, uşaqlarda istedadın tükənməsinə gətirib çıxarır. Buna görə valideynlər günahkardır. Bizə uşaqların çoxunu nənələri gətirir. Bizim məktəbdə hətta Rusiyanın Moskvaya yaxın şəhərlərində yaşamayan uşaqlar da gəlir.

Emin Eminzadə - Sputnik Azərbaycan
Gənc müğənni yeni kliplə görüşümüzə gəlir

- Siz öz sənətinizdə çoxlu uğurlar əldə etmisiz. İndi Larisa Rudakova nə arzulayır?

- Arzum budur ki, şagirdlərim mənim yaradıcılığımı davam etdirsinlər. Mən bu illər ərzində yığdıqlarımı öz şagirdlərimə verməyi çox istəyirəm. Düşünürəm ki, ən xoşbəxt sənət bizimkidir, həm də ən ağırdır.

- Siz azərbaycanlı həmkarlarınıza nə məsləhət görərdiz?

- Özünü səhnədə tamamilə tamaşaçılara həsr etməyi. Siz həmişə səhnədə elə oxumalısız ki, sanki bu, həyatınızın sonuncu tamaşasıdır. Müğənni insanlarla Allah arasında vasitəçidir. Sənə Allah vergisi verilib və sən onu insanlara ötürməlisən. Əgər verməsən, fövqəlqüvvə səni cəzalandıracaq.

Xəbər lenti
0