14:02 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Azərbaycanın rusdilli rep qrupu Kaspiyskiy qruz

Bakılı oğlanlar rus filminin qəhrəmanı oldular

© Instagram / kaspiyskiy_gruzofficial
MƏDƏNİYYƏT
Qısa URL
73 0 0

Rusiya istehsalı olan hip-hopla bağlı sənədli film həm də Azərbaycan qrupunun yaranma tarixindən bəhs edir.

BAKI, 14 fevral — Sputnik. Rusiyada Roma Jiqanın "BEEF: Rus hip-hopu" sənədli filmi təqdim olunub. Bu filmdə Əhmədli uşaqları Anar Zeynalov və Timur Odilbəyovun qurduğu "Kaspiyskiy qruz" Azərbaycan duetinə də yer verilib.

Sputnik Azərbaycan xəbər verir ki, film haqqında məlumatı Rusiya mediası yayıb.

Azərbaycanın rusdilli rep qrupu "Kaspiyskiy qruz" 2000-ci ildə Əhmədli qəsəbəsində böyümüş, sinif yoldaşı və dost olmuş VesЪ ləqəbli Anar Zeynalov və Brutto ləqəbi ilə tanınan Timur Odilbəyov tərəfindən qurulub.

Qrup 2011-ci ildə kriminal məzmunlu mahnılar yazmağa başlayandan sonra populyarlaşıb. İfaçılar öz treklərini sosial şəbəkələrdə paylaşıblar. Onların musiqini qeyri-adi şəkildə təqdim etməsi bütün MDB ölkələrindən olan pərəstişkarlarının diqqətini çəkib.

Müğənnilər öz albomlarını "Rinqtonı dlya zonı" adlandırıblar. Bu albom ağır 90-cı illərə və həbsxana dünyasına həsr olunub. Uşaqları o zaman məşhur reper Guf dəstəkləyib.

"Kaspiyskiy qruz"un əsas dinləyiciləri həyatda özünü tapmayan və özünü axtarmağa davam edən gənclərdir. Qrup üçün ən uğurlu il 2015-ci il olub. Həmin ildə onlar "Storona A/Storona B" albomlarını buraxıblar. Bu albom 2015-ci ildə Rusiyada ən çox satılan albomların ilk onluğuna düşüb.

Qrupun sonuncu albomu 2017-ci ildə çıxıb. Bundan sonra qrup ayrılıb və solistlər öz solo karyeralarını davam etdirmək qərarına gəliblər. Bu günlərdə isə məlum olub ki, Əhmədli uşaqları yenidən birləşiblər və hazırda konsert verməyə hazırlaşırlar.

Əsas mövzular