16:55 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
“Savalan” qrupunun rəhbəri İffət Əsgərov

"Savalan"ın xəstəxanaya yerləşdirilmiş rəhbərindən yeni xəbər var

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
82 0 0

Öncə əməliyyatın 3 saat keçəcəyi deyilsə də, bu vaxt 4 saatadək uzadılıb

BAKI, 13 fevral — Sputnik. "Bu gün səhər doqquzun yarısından etibarən İffət Əsgərovun əməliyyatına başlanılıb. Öncə əməliyyatın 3 saat keçəcəyi deyilsə də, bu vaxt 4 saatadək uzadılıb". Bunu Sputnik Azərbaycan-a açıqlamasında ötən il dünyasını dəyişən, "Savalan" qrupunun rəhbəri olmuş Novruz Novruzovun həyat yoldaşı Sevda Novruzova deyib.

S.Novruzovanın sözlərinə görə, "Savalan" qrupunun rəhbərinin ürək damarlarının bir neçəsində tıxanma var: "Ötən gün anju edildi. İffətin ürəyinin 3 damarında tutulma olduğu deyildi. Bir damarda 40, digərində 70 və 99 faiz tıxanma var. Həkim dedi ki, 99 faiz tıxanma olan damar xəstənin həyatı üçün ciddi risk yaradır, o 1 faizin hesabına həyatda qalıb. Ürək əzələsinə yaxın olduğu üçün ona stend qoymağın mümkünsüz olduğunu söylədilər. Buna görə də açıq ürək əməliyyatına qərar verildi".

"Artıq bir müddət idi ki, ürəyinə görə müalicə olunur, dərmanlar içirdi. Özü də deyir ki, "həyatım bu dərmanlardan asılıdır"" – deyə o əlavə edib.

Qeyd edək ki, "Savalan" qrupunun yeni rəhbəri İffət Əsgərov uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkir. O, artıq bir neçə gündür ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

 

Əlaqədar

"Savalan" qrupunun yeni bədii rəhbəri bəlli oldu
Tanınmış musiqi qrupunun rəhbəri xəstəxanaya yerləşdirildi
Teqlər:
əməliyyat, ürək, xəstəxana, musiqi, rəhbər, "Savalan" qrupu

Əsas mövzular