12:35 16 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Paris partladı” tamaşasının təqdimatı

Teatrlar tarixə qovuşacaq, abidəyə çevriləcək

© Photo : ƏSA teatrı
MƏDƏNİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
6345 0 0

Bir teatr aktyoru üçün teatrın ləğv olunmasını gözə almaq bilirsiniz nə deməkdir - Ananın öz balasının ölümü ilə barışması kimidir

BAKI, 7 fevral — Sputnik. Tez-tez eşidirəm. Ən çox da aktyorlardan, aktrisalardan, rejissorlardan eşidirəm bu fikri: Teatrlar tarixə qovuşacaq, abidəyə çevriləcək.

Doğrusu, bir müddət əvvələ qədər mən özüm də belə düşünürdüm. Yaşadığım ölkədə gedişat həqiqətən də adamda belə təsəvvür yaradır ki, tezliklə Azərbaycanda heç bir teatr fəaliyyət göstərməyəcək. Vaxtı ilə orada çalışmış aktyorların, nəhəng mədəni tarixin muzeyinə çevriləcək.

Bu təsəvvürdən qorxurdum. Axı mən teatrı sevirəm. Ona aşiqəm. Teatrın olmadığı bir dünya mənə çox mənasız-məzmunsuz görünür. Teatr adamları ilə birgə sənətə bir köynək yaxın olanların da eyni qənaətdə olması məni lap vahiməyə salırdı. "Birdən teatrlar bağlanar, mən nə edərəm? Bu cansıxıcı mühitdə həyata tutunmağa daha hansı ümid qalar ki?" – deyə düşünürdüm və təlaş çeynəyirdi məni.

Bu fikir məni o qədər qorxutdu ki, dünya teatrı ilə daha yaxından maraqlanmağa başladım. Onların eyni düşüncədə olub-olmadığını bilmək istəyirdim. Müxtəlif ölkələrdən olan teatrların repertuarlarına, gördüyü işlərə nəzər saldım. 2017-ci ildə Almaniyanın müxtəlif teatrlarında bir neçə tamaşanı canlı izləmək şansım da oldu.

Gördüm ki, dünyada, az qala hər gün yeni teatrlar açılmaqdadır. Yeni teatr nəzəriyyələri yazılır, alternativ teatrlar günü-gündən artır. Bakıdakı kafe sayından ikiqat çox Kanadada teatr olduğunu öyrəndim. Amerikanın hər ştatında küçə teatrlarının, yeraltı teatrların, improvizə teatrlarının sayını-hesabını itirdim.

Norveçdə bir teatr binasının modern üslublu memarlığına xərclənən dövlət vəsaitinin bütün Bakı şəhərinin köklü təmirinə xərclənəcək vəsaitdən çox olduğunu öyrəndim. Fransada teatr tamaşalarına bir həftə əvvəldən biletlərin tükəndiyini, üstəlik, bu teatr tamaşalarının xalqın həyati məsələlərində mühüm rol oynadığını gördüm.

Bütün bunlardan sonra çevrilib bizim teatrlarımıza, bizim sənət adamlarımızın teatr haqqındakı fikirlərinə və öz yersiz qorxularıma baxdım. Baxdım və həm güldüm, həm ağladım.

Xalqın teatra laqeyd yanaşması bir kənara. Bəzən xalqa bu məsələdə haqq da qazandırıram. Başı qayğılara qarışmış xalqa teatr tamaşalarından danışmaq çox absurd olar. Hərçənd, zamanında teatrın və ümumilikdə mədəniyyəti düzgün dəyərləndirsəydilər, bu gün həmin qayğılarla üzləşməyəcəkdilər. Yenə də olan olub deyir və keçirik.

Teatrların üzərində ifrat məmur nəzarəti, teatra ayrılan dövlət vəsaitlərinin direktorlar tərəfindən mənimsənilməsi halları, tamaşalara, aktyor və aktrisaların rifahına, teatr binalarının təmirinə və texniki təchizatına xərclənməli olan maliyyə vəsaitinə teatr rəhbərlərinin göz dikməsi ona gətirib çıxarıb ki, teatrda çalışan aktyorlar, aktrisalar, rejissorlar həyata və sənətə olan bütün ümidlərini itiriblər. Onlar artıq teatrların ləğv edilməsini də gözə alıblar.

Bu, sizə adi bir cümlə kimi gəlməsin, əzizlərim. Bir teatr aktyoru üçün teatrın ləğv olunmasını gözə almaq bilirsiniz nə deməkdir - Ananın öz balasının ölümü ilə barışması kimidir.

Hərçənd, yetərli vəsait olarsa və bu vəsait olduğu kimi lazımi ehtiyaclara xərclənərsə, teatrlarda direktorlar yox, aktyorlar bütün səlahiyyətlərin sahibi olsa, teatr dövlət idarəsi olmaqdan çıxıb aktyorların evinə çevrilsə, bu problemlərin heç biri olmayacaq.

Və əminəm ki, kütlə də teatra həvəslənəcək. Sənətin öz həqiqi aliliyinə qovuşduğu məmləkətlərdə teatrın aktyorları o teatrda dövlətin özündən də çox səlahiyyət sahibidirlər və əsl sənət də elə burdan başlayır.

İndi mən əminliklə deyə bilərəm ki, teatr dünyada günü-gündən inkişaf edir, yüksəlir və daha da aliləşir. Hələ uzun zaman özünün bu parlaq sənət kürsüsünü qoruyub saxlayacaq da. Lakin söhbət Azərbaycandan gedirsə, dayanıb düşünməli olursan.

Orxan Bahadırsoy

Əlaqədar

Şuşa teatrı yeni mövsümdən tamaşaçıları yeni binada sevindirəcək
Cənnət Səlimova teatrda baş verən inanılmaz olaylardan danışdı
Vidadi Qafarov: “Teatr tədrisi uşaqların inkişafına müsbət təsir edə bilər”
Teatrlar gözləyir ki, dramaturq yetişsin - yazıçı repertuar problemindən danışır
Teqlər:
aktrisa, aktyor, sənət, teatr

Əsas mövzular