Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Kimsəsizlər Sığınacağı" təqdim olunacaq

© © Orxan Bahadırsoyun şəxsi arxivindənOrxan Bahadırsoy
Orxan Bahadırsoy - Sputnik Azərbaycan
Abunə olmaq
Kitabda müəllifin müxtəlif mövzulu şeirləri, hekayələri və pyesləri yer alıb

BAKI, 31 yanvar — Sputnik. Şair-dramaturq Orxan Bahadırsoyun yeni kitabı işıq üzü görüb. Sputnik Azərbaycan xəbər verir ki, "Kimsəsizlər Sığınacağı" adlı bu kitabda müəllifin müxtəlif mövzulu şeirləri, hekayələri və pyesləri yer alıb.

© Sputnik / Orkhan BahadırsoyKitabın ön və arxa qapağı
Kimsəsizlər Sığınacağı təqdim olunacaq - Sputnik Azərbaycan
Kitabın ön və arxa qapağı

Bundan əvvəl "Fahişə Mələklər" (2012), "Günahdır səni sevmək" (2014) və "Şeir Adam" (2016) adlı kitabları çap olunan müəllifin yeni kitabında lirik-romantik və fəlsəfi şeirləri, "Saliva, "Ulduzların arasında", "Baldırğan otu" hekayələri, "Saçını satan aktrisa", "Kimsəsizlər Sığınacağı", "Zaman maşını" və "Terror" pyesləri toplanılıb.

"Kimsəsizlər Sığınacağı" kitabının təqdimat və imza mərasimi fevral ayının 8-i saat 19:00-da ADO teatrında keçiriləcək. Mərasimin 2 saat davam edəcəyi planlaşdırılır.

Kitabın təqdimat və imza mərasimində müəllifin bundan əvvəl çap olunan kitablarını da əldə etmək mümkün olacaq. Mərasimdə Orxan Bahadırsoyun şeirləri həm müəllifin özü tərəfindən, həm də gecənin xüsusi qonaqları olan aktyorlar tərəfindən səsləndiriləcək.

Xəbər lenti
0