Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Qara əlcəkli adam” və ya xaricdə yaşayan tanınmış həmyerlimiz əllərini niyə gizlədir?

© © Qulu Məhərrəmlinin şəxsi arxivindənCavanşir Quliyev
Cavanşir Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanda olmadığım üçün mahnı yaradıcılığına fasilə vermək məcburiyyətində qaldım"

BAKI, 30 yanvar — Sputnik. Ötən gün Bakıda təşkil olunan tədbirlərin birində Azərbaycanın tanınmış bəstəkarı, hazırda Kiprdə yaşayan Cavanşir Quliyev də iştirak edib. Tədbirin qapalı məkanda keçirilməsinə baxmayaraq, bəstəkarın məclisə yun əlcəkdə qatılması diqqət çəkib. Bir çoxları bunu, Cavanşir Quliyevin əllərində hər hansı problemin və ya xəstəliyin olması ilə əlaqələndirib.

© © Qulu Məhərrəmlinin şəxsi arxivindənCavanşir Quliyev və Qulu Məhərrəmli
“Qara əlcəkli adam” və ya xaricdə yaşayan tanınmış həmyerlimiz əllərini niyə gizlədir? - Sputnik Azərbaycan
Cavanşir Quliyev və Qulu Məhərrəmli

Əsl səbəbi aydınlaşdırmaq üçün isə Sputnik Azərbaycan-ın əməkdaşı Cavanşir Quliyevin özü ilə əlaqə saxlayıb. Bəstəkar əllərində hər hansı bir xəstəliyin olmadığını qeyd edərək, tədbirə yun əlcəkdə gəlməsinin səbəbini açıqlayıb: "Əlimin isti qalması üçün əlcək geyinirəm. Çünki musiqiçi üçün əlinin isti olması önəmlidir. Başqa heç bir problemim yoxdur".

Əməkdaşımız bəstəkardan son işləri, hazırkı yaradıcılığı barədə də soruşub. C.Quliyev bildirib ki, hazırda yazı-pozuyla məşğuldur: “"Oğuznamə", "Qızıl ırmaq" və "Daşqın" adlanan baleti tamamlamışam. "Daşqın" baleti Nuhun gəmisi haqqındadır".

"Bundan başqa Mikayıl Müşfiqə həsr olunmuş bir əsər üzərində də işləyirəm. Hazırda bu əsərə görə material toplayıram. Lakin əsər bitmədiyindən onun haqqında danışmağı düzgün hesab etmirəm" - bəstəkar vurğulayıb.

"Azərbaycanda olmadığım üçün mahnı yaradıcılığına fasilə vermək məcburiyyətində qaldım. Çünki mahnı elə bir şeydir ki, onun üçün gərək özüm burada olum, müğənnilərlə çalışım. Lakin ara-sıra əvvəl işlədiyim müğənnilərlə, elə Aygün Kazımova, Zülfiyyə Xanbabayeva ilə işbirliyim olub. Bir-iki gənc müğənni də var ki, məndən yeni bəstə istəyiblər" – deyə C.Quliyev əlavə edib.

Qeyd edək ki, bir neçə gündür Bakıda olan bəstəkar şənbə günü Kiprə qayıdacaq.

Xəbər lenti
0