Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda daha bir beynəlxalq film festivalı keçiriləcək

© Sputnik / Murad OrujovNizami Kino Mərkəzinin binası
Nizami Kino Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Təqdim olunan nominasiyaların qalibləri xüsusi hazırlanmış “Zoroaster award” ilə mükafatlandırılacaq

BAKI, 23 yanvar — Sputnik. Yanvarın 25-də saat 16:00-da Nizami Kino Mərkəzinin Mətbuat klubunda cari il 25-30 yanvar tarixlərində keçiriləcək İtaliya-Azərbaycan Film Festivalının açılışı ilə bağlı mətbuat konfransı təşkil olunacaq.

Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə təşkilatçılar, İtaliyadan gələn qonaqlar və münsiflər heyətinin üzvləri ilk dəfə keçiriləcək festival haqqında ətraflı məlumat verəcəklər.

9 noyabr-Azərbaycan respublikasının dövlət bayrağı gününə həsr olunmuş beşinci bayraq festivalı - Sputnik Azərbaycan
Bayraq gününə həsr olunmuş festival keçirildi

Festival Mədəniyyət Nazirliyi, film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşacaq. Festival İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu gününü və gələcəyini təbliğ etmək məqsədi daşıyır.

İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və “The Landmark” tərəfindən dəstəklənən festival hər iki ölkənin bir sıra elmi mərkəzləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Yanvarın 30-dək davam edəcək festival çərçivəsində seçilmiş 15 müasir film nümayiş olunacaq. Təqdim olunan nominasiyaların qalibləri xüsusi hazırlanmış “Zoroaster award” ilə mükafatlandırılacaq.

“La Piovra” serialında canlandırdığı Tano Cariddi obrazı ilə keçmiş sovet regionunda məşhur olan aktyor və rejissor Remo Girone mükafatlandırma mərasiminə rəhbərlik edəcək, italyan ssenari müəllifi və rejissoru Claudio Rossi Massimi isə festivalın bədii rəhbəri kimi çıxış edəcək.

Xəbər lenti
0