Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Görkəmli yazıçının xatirəsi anılıb

© Facebook / Mushfiq Alasgarli“Maqsud Şeyxzadə: Özbək dramaturgiyasının banisi, Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi” mövzusunda beynəlxalq konfrans keçirilir
“Maqsud Şeyxzadə: Özbək dramaturgiyasının banisi, Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi” mövzusunda beynəlxalq konfrans keçirilir - Sputnik Azərbaycan
Abunə olmaq
Sona Vəliyeva: "Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafında Maqsud Şeyxzadənin müstəsna rolu olub"

BAKI, 20 dekabr — Sputnik. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzeti, "Kaspi" Təhsil Şirkəti, Azərbaycan Mətbuat Mərkəzi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə görkəmli yazıçı-dramaturq Maqsud Şeyxzadənin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Natiq Rəsulzadə - Sputnik Azərbaycan
Yazıçı: “Azərbaycanda böyük tirajla kitablar çıxa bilməz”

Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov Maqsud Şeyxzadənin həyat və fəaliyyətindən danışıb. Yazıçının qısa ömründə üzləşdiyi çətinliklərdən bəhs edib.

Daha sonra çıxış edən yazıçı-publisist, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafında Maqsud Şeyxzadənin rolunu diqqətə çatdırıb. Bildirib ki, hazırda da bu əlaqələr ən yüksək səviyyədə davam etdirilir.

"Hər iki ölkə yazarlarının əsərləri qarşılıqlı olaraq tərcümə olunur. Bu yaxınlarda Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin seçilmiş əsərlərindən ibarət kitab özbək dilinə tərcümə olundu və məhz Maqsud Şeyxzadənin fəaliyyət göstərdiyi Nizami Gəncəvi adına Pedaqoji Universitetdə təqdim edildi" - deyə S.Vəliyeva vurğulayıb.

Digər çıxışçılar da Maqsud Şeyxzadənin həyat və fəaliyyətindən bəhs edərək, özbək ədəbiyyatının inkişafı üçün göstərdiyi misilsiz xidmətləri qeyd ediblər. Tədbirdə görkəmli mütəfəkkiriin həyatından bəhs edən "İki xalqın iftixarı" filmi də nümayiş olunub.

Xəbər lenti
0