17:38 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
 Üzeyir Hacıbəyli

Böyük azərbaycanlını unutmadıq

© Photo : PUBLIC DOMAIN
MƏDƏNİYYƏT
Qısa URL
0 0 0

Cəmi 63 il ömür sürən dahi bəstəkar 1948-ci ilin 23 noyabrında ürək çatışmazlığından dünyasını dəyişib

BAKI, 23 noyabr - Sputnik. Bu gün dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin vəfat etdiyi tarixdir. 

Sözün həqiqi mənasında Azərbaycan musiqisinin tacı hesab edilən Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 18 sentyabr 1885-ci ildə Ağcabədi rayonunda dünyaya gəlib. Dünya musiqi incilərindən sayılan əsərlər yaradıb. Cəmi 63 il ömür sürən dahi bəstəkar 1948-ci ilin 23 noyabrında ürək çatışmazlığından dünyasını dəyişib.

Çox da uzun olmayan ömründə böyük işlərə imza atmış, adını dünya musiqi inciləri sırasına yazdırmağı bacarmış Ü.Hacıbəyli Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ xalq artisti olub, bir sıra ordenlərlə təltif edilib.

Həmçinin Azərbaycan Elmlər Akademiyasının akademiki, professor, 1938-1948-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, 1928-1929 və 1939-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru, 1945-1948-ci illərdə Azərbaycan EA İncəsənət İnstitutunun direktoru olub.

Azərbaycan SSR və Azərbaycan Respublikası himnlərinin bəstəkarı olmuş Ü.Hacıbəyli həm də müsəlman şərqində ilk operanın müəllifi kimi tarixə düşüb. 

Sputnik Azərbaycan dahi bəstəkarın xatirəsini şükranlıqla yad edir, musiqisevərlərə Azərbaycan Simfonik Orkestrinin ifasında Ü.Hacıbəylinin möhtəşəm "Koroğlu" uverturasını təqdim edir: 

 

 

Əlaqədar

Görkəmli pedaqoq, dirijor və bəstəkar
Bütün sovet uşaqlarının sevimlisi olan "bakılı" bəstəkar öldü
Görkəmli bəstəkar dəfn olundu
Ürəkləri fəth etmiş azərbaycanlı bəstəkar
Azərbaycanda tanınmış bəstəkar qəbirdən çıxarıldı
Teqlər:
vəfat, bəstəkar, Üzeyir Hacıbəyli

Əsas mövzular