Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur aktrisa ilk dəfə çılpaq soyundu - VİDEO

© REUTERS / Peter Nicholls Emma Stone
 Emma Stone - Sputnik Azərbaycan
Abunə olmaq
Time jurnalının məlumata görə, "Məşuqə" 2018-ci ilin ən yaxşı on filminin reytinq siyahısına düşüb

BAKI, 17 noyabr — Sputnik. Aktrisa Emma Stoun, Yorgos Lantimosun "Məşuqə" filminin səhnələrindən birində çılpaq oynamağı tələb edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o bu barədə Hollywood Reporter-ə müsahibəsində bildirib.

Söhbət, kraliça Annanın sevgilisi və təbəəsi Sara Çerçil Abiqeyl Maşemi sevgilisinin yatağında tutduğu epizoddan gedir.

"Mənim üzərimdə dəsmal vardı. Biz çəkilişə başlayanda bir neçə dubldan sonra mən təklif etdim ki, çılpaq olum. Belə olan halda Sara nəyəsə baxa bilərdi. Sadəcə dəsmala deyil" – deyə Stoun qeyd edib.

Onun sözlərinə görə, Sara rolunu oynayan Reyçel Vays onu bu fikrindən döndərməyə çalışıb. Lantimos isə onun fikrində ciddi olub-olmadığənı soruşub.

"Məşuqə" Stounun karyerasında ilk dəfə çılpaq soyunduğu film olub.

Lantimosun filmində kraliça Annanın hakimiyyəti dövründə siyasi intriqalar, monarxın öz qulluqçuları ilə intim əlaqəsindən danışılır. Film Venesiya Film Festivalı çərçivəsində "Gümüş Aslan" mükafatı qazanıb.

Time jurnalının məlumata görə, "Məşuqə" 2018-ci ilin ən yaxşı on filminin reytinq siyahısına düşüb.

Xəbər lenti
0