08:59 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Rasim Balayev

"Bu ağrılar ayağıma da vururdu" – Rasim Balayev

© Sputnik / Kemale Aliyeva
MƏDƏNİYYƏT
Qısa URL
154 0 0

"10 gündən sonra buradakı müalicəmi bitirib Bakıya qayıdacağam"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 13 noyabr — Sputnik. Uzun müddətdir ki, belində yaranan ağrılardan şikayətçi olan Xalq artisti Rasim Balayev Türkiyədə müalicə olunur.

Bu barədə Sputnik Azərbaycan-a danışan Xalq artisti son zamanlar ağrılardan çox əziyyət çəkdiyini deyib: "Belimdə yırtıq var, ağrı verirdi. Bu ağrılar ayağıma da vururdu. Bu səbəbdən rahat gəzə də bilmirdim. Artıq bir neçə gündür ki, Türkiyədəyəm. Müalicə üçün Ankara şəhərinə gəlmişəm".

Təcili tibbi yardım
© Sputnik / Natalya Seliverstova

"Bakıda əməliyyat etmək istəyirdilər. Lakin Türkiyəyə gəldikdə onlar əməliyyata gərək olmadığını dedilər. Müalicə ilə problemi aradan qaldıracaqlarına vəd veriblər. 10 gündən sonra buradakı müalicəmi bitirib Bakıya qayıdacağam" – deyə Rasim Balayev əlavə edib.

Xatırladaq ki, vaxtilə "Babək" filminin çəkilişi zamanı atdan yıxıldığı üçün Xalq artistinin belində yırtıq yaranıb. R.Balayev bu problemə görə dəfələrlə müalicələr qəbul etsə də, səhhətində heç bir irəliləyiş olmayıb.

Əlaqədar

Məcnunu oynayan aktyor: "Dedilər ki, "Biz sənə göstərərik, Allah var, ya yox!"
Məşhur aktyor zorlama sualından niyə qaçdı? – VİDEO
Azərbaycanlı aktyor Nazarbayevin qızının filmində çəkilir
Futbolçu, motosikletçi və aktyor – Türkiyənin yeni deputatları
Məşhur aktyor ortaya gözlənilməz iddia qoydu - Vəzifəyə gəlmək istəyir
Teqlər:
açıqlama, Türkiyə, müalicə, Rasim Balayev

Əsas mövzular