Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yeni ildə milyonlarla azərbaycanlının gözü ABŞ-a zillənəcək

CC0 / stux / Live ConcertTamaşaçılar, arxiv şəkli
Tamaşaçılar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur azərbaycanlı sirk ustası Üzeyir Novruzov America's Got Talent: The Champions istedad şousunun iştirakçısı olub

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. Məşhur azərbaycanlı sirk ustası Üzeyir Novruzov “America's Got Talent: The Champions” istedad şousunun iştirakçısı olub.

Novruzovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, o, artıq “America's Got Talent” layihəsində iştirak edib və finala yüksəlib. Onun sözlərinə görə, bu dəfə mübarizə daha sərt olacaq, çünki məşhur layihənin müxtəlif mövsümlərinin ən yaxşı iştirakçıları yarışacaq.

"Mən çox həyəcanlıyam. Amma sizə “America's Got Talent: The Champions” istedad şousunun iştirakçısı olduğumu xəbər verdiyimə görə şadam. Bilirəm, çətin olacaq, amma hər şey yaxşı olacaq" - Novruzov deyib.

© Photo : Elshan ArifÜzeyir Novruzov
Yeni ildə milyonlarla azərbaycanlının gözü ABŞ-a zillənəcək - Sputnik Azərbaycan
Üzeyir Novruzov

O qeyd edib ki, “America's Got Talent: The Champions” layihəsinin premyerası 2019-cu il yanvarın 7-də olacaq. Münsiflər heyətinə britaniyalı teleaparıcı Saymon Kouell, Spice Girls qrupunun sabiq solisti Mel Bi, alman supermodel Haydi Klum və kanadalı komik Houi Mendel daxildir.

Üzeyir Novruzov Gəncədə anadan olub, lakin Rusiyada böyüyüb. Sonra yaşamaq üçün ABŞ-a köçüb. O, sirkdə əfsanəvi Çarli Çaplinin obrazını yaradır və onları tez-tez müqayisə edirlər. Novruzov Çində altı metrlik nərdivana dırmaşmaq və onun üzərində 8 dəqiqə dayanmaq üzrə dünya rekordunu vurub. Bu nömrəyə görə, onun adı Ginnesin Rekordlar Kitabına düşüb. Hazırda sirk ustası ailəsi ilə birlikdə Amerikada yaşayır. O, müxtəlif sirk tamaşalarında çıxış edir və dəvət olunduğu istedad şoularına qatılır.

Xəbər lenti
0