18:51 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Xalq artisti Rafael Dadaşov

Rafael Dadaşov Amaliya Pənahovanın fədakarlığından danışdı

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
72 0 0

"9 yaşında bu səhnəyə atılan Amaliya xanımı bu gün, 73 yaşında eyni səhnədən yola saldıq"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 9 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir.

Sputnik Azərbaycan-ın xəbərinə görə aktrisa ilə vida mərasimində Xalq artisti Rafael Dadaşov da təəssüratlarını səsləndirib. səhnə arxasında Amaliya Pənahovanın halının qəfil pisləşdiyi günü xatırlayaraq onun sənət fədakarlığından söz açıb: "Amaliya xanım bir tamaşada tərəf müqabilim idi. Monoloqumdan sonra Amaliya xanım səhnəyə çıxmalı idi. Lakin onun səhnəyə çıxışı gecikirdi. 15 dəqiqədir ki, səhnədə onu gözləyirdim. Nə baş verdiyini bilmirdim. Bununla belə tərəf müqabilimini səhnəyə gecikdiyini tamaşaçılara bildirməməyə çalışmışdım. Bunun üçün yenə də monoloqumu davam etdirdim. Bir də gördüm ki, o rəngi solmuş halda səhnəyə çıxdı. Üzərinə təcili yardım maşını gəlsə də,  o rolunu ifa etdi. Amaliya xanım sənət fədaisi idi. Teatrımız üçün əvəzssiz xidmətlər göstərdi. Həmin günkü rolunu o qədər gözəl ifa etdi ki, heç kəs nəsə baş verdiyini anlamadı. Tamaşa bitəndə öyrəndim ki, ürəyi tutubmuş, təcili yardım çağırıblar. Amaliya xanım belə fədakar qadın idi”.

“Amaliya Pənahova 19 yaşında elə burada – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə çıxdı. 19  yaşında bu səhnəyə atılan Amaliya xanımı bu gün, 73 yaşında eyni səhnədən yola saldıq", — deyə R.Dadaşov bildirib.

Əlaqədar

Elxan Qasımov: "Amaliya xanım heç vaxt xəstə olmayıb"
Amaliya Pənahova ilə vida mərasimi keçirilir
Xalq artisti Amaliya Pənahova vəfat edib

Əsas mövzular