Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Onun belə xəstə olduğunu bilmirdik..."

© Instagram / husniyyemurvetovaAmaliya Pənahova və Hüsniyyə Mürvətova
Amaliya Pənahova və Hüsniyyə Mürvətova - Sputnik Azərbaycan
Abunə olmaq
Əməkdar artist: "Mənəvi anamızı, ustadımızı, müəllimimizi, xoş günlərimizi itirdik"

BAKI, 9 noyabr — Sputnik. "Bu haqda danışmaq çox ağırdır. Biz böyük bir insanı itirdik. O, teatrımızın həm rəhbəri, həm də bizim anamız idi. Hər zaman bizə analıq edirdi. Onun ölümü ilə mənəvi anamızı, ustadımızı, müəllimimizi, xoş günlərimizi itirdik".

В Баку проходит церемония прощания с народной артисткой Амалией Панаховой - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Amaliya Pənahova ilə vida mərasimi keçirilir

Xalq artisti Amaliya Pənahova ilə bağlı üzüntüsünü Sputnik Azərbaycan əməkdaşı ilə bölüşən, aktrisanın yaxın dostu, Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Hüsniyyə Mürvətova belə deyib. H.Mürvətova Amaliya Pənahovanın truppasına xüsusi diqqətindən də söz açıb: "Hər bir aktyoru tuppaya seçib gətirmişdi. Deyirdi ki, "mənim truppamda istedadsız aktyor işləyə bilməz"".

"O, həmişə bizə qürurlu olmağı, heç zaman kiminsə, nəyinsə qarşısında sınmamağı tapşırırdı. Gözəlliyi sevirdi, gözəlliyə aşiq idi. Çox gözəl ürəyi vardı. Onun haqda keçmiş zamanda danışmaq mənə çox çətindir, əzabdır" — aktrisa bildirib.

"Son günlərədək bir yerdə olduq. 31 tamaşanın premyerasında iştirak etdi. Bir neçə gün əvvəl də bizi yığıb iclas etmişdi. Səhvlərimiz, düzlərimizlə bağlı tövsiyələrini vermişdi. Sonra dedi ki, "premyerada görüşərik". Amma təəssüfkər olsun ki, o, son premyeraya gələ bilmədi. Gözlərimiz onu axtardı" — Mürvətova əlavə edib.

Əməkdar artist daha sonra bunları deyib: "Həmin premyerada ona yazıb, tamaşaçıların təbrikini çatdırdım. Kövrəlib dedi ki, "26 ildə ilk dəfədir, premyerada iştirak edə bilmədim". Ona ümid verdim ki, inşallah, növbəti premyralara qatılarsınız. O isə, "özümü yaxşı hiss etmirəm" dedi".

Həmsöhbətimiz A.Pənahovanın xəstəliyi barədə xəbərsiz olduqlarını da qeyd edib: "Son günlərədək onun xəstə olduğunu bilməmişdik. Xəstəxanada da yatdığını bilməmişdik. Çünki oktyabrın 31-də premyera idi, ondan iki gün qabaq görüşmüşdük. Onda xəstəliyi haqda heç nə deməmişdi".

Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ötən gün dünyasını dəyişən Xalq artisti Pənahova ilə vida mərasimi keçirilib.

 

Xəbər lenti
0