Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Paytaxtı bölgələrdən "ayırmaq" lazımdır

Abunə olmaq
Və ya Azərbaycan təkcə Bakıdan ibarət deyil

BAKI, 18 oktyabr — Sputnik. Nədənsə, bütün mədəniyyət hadisələri paytaxt Bakıda həyata keçirilir. Müasir teatr binaları, saysız-hesabsız konsert salonları, musiqi, rəqs, təsviri sənət məktəbləri, əyləncə məkanları Bakıda tikilir. Yerli və beynəlxalq yarışmalar, yerli və xarici ulduzların konsertləri və başqa mədəni tədbirlər də, əksərən, paytaxtda baş tutur.

Lənkəranın “Nənələr” folklor ansamblı - Sputnik Azərbaycan
Multikultural Azərbaycan - Danılması mümkün olmayan həqiqət

Bütün bunların bir şəhərə yüklənməsi çoxsaylı problemlər yaradır. Bu problemlərdən biri Bakıda getdikcə artan insan sıxlığı və hərəkət məhdudiyyətidir. Bölgələrə nisbətən Bakıda daha çox iş yerlərinin olması və bu şəhərin həm də əyləncə üçün bölgələrlə müqayisədə daha əlverişli olması paytaxta insan axınını getdikcə artırır. İşləmək istəyən də, əylənmək istəyəndə üz tutur Bakıya. Bölgələrdə yaşayış evləri də, insan sayı da hər gün bir az seyrəlir.

Bu axın özü ilə Bakıda nəqliyyatın hərəkətindən tutmuş, insanların, yaşayış evlərinin hədsiz sıxlığına qədər hər cür problemi yaradır. Bu insan və məkan sıxlığında da gözəgörünməz bəlalar – bütün növ cinayətlər asanlıqla baş tuta bilir.

Üstəlik, müəyyən qisim insanın ümidinə qalan bölgələrmizdə iqtisadi və mədəni yoxsulluq baş qaldırır. Təhsil səviyyəsindən mədəni səviyyəyə qədər müasir insan üçün vacib olan bütün keyfiyyətlərdə çatışmazlıq yaranır.

Azərbaycanın əksər bölgələrində yaşayan insanlar elm və sənətdən yeddi köynək uzaq qalmış qədim insanlar kimidirlər. Bu, onların problemi deyil. Bu insanlara keyfiyyətli təhsil ocaqları, zəngin mədəniyyət obyektləri vermək, onların bu elmi və mədəni həyatda həm fəaliyyətini, həm də tamaşaçı olmasını təmin etmək lazımdır.

Депрессия - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xalqın sənətkara pul, ev, maşın borcu yoxdur

Bunun üçün bütün bölgələrdə, xüsusi ilə də ucqar rayonlarda keyfiyyətli təhsil səviyyəsi olan müxtəlif kurslar yaradılmalıdır. Rəqs, musiqi və təsviri sənət məktəbləri fəaliyyətə başlamalıdır. Kitabxana, teatr, kinoteatr, konsert salonları tikilməlidir. Bütün bunlar həm rayonlardakı işsizlik probelminin həllinə kömək olar, həm də o bölgələrdəki insanların elmi və mədəni maariflənməsi üçün şərait yaradar. Digər tərəfdən, paytaxta kütləvi axın problemi də qismən həllini tapmış olar.

Son illərd Azərbaycanın bölgələrində idman kompleklərinin tikilməsi və yolların çəkilməsi prosesi gedir. Bu, əlbəttə, vacib işdir və həyata keçirilməsi çox yaxşıdır. Lakin təhsil almış, mədəni inkişafa uğramış insan özü üçün həm uğurlu həyat yolunu, həm də rahat hərəkət yolunu inşa edəcək. Bu baxımdan, ölkənin bütün fərdlərinə təhsil və mədəniyyətin verilməsi başlıca şərtdir.

Digər ölkələri örnək alsaq, görərik ki, bu ölkələrin hamısında paytaxtla yanaşı inkişaf etmiş, şöhrət qazanmış başqa bir neçə şəhər də mövcuddur. Paytaxt, əsasən, rəsmiyyətin məkanı olur. Dövlət qurumlarına ev sahibliyi edir.

Turizm, təhsil və mədəniyyət isə digər şəhərlər arasında bölünür. Məsələn, Türkiyədə Ankara bir başqa əhəmiyyət kəsb edir, İstanbul, İzmir, Antalya isə fərqli xüsuslarda əhəmiyyətə malikdir.

Azərbaycanda da Bakının paytaxt kürsüsündəki sıxlığı boşaltmaq, ona rahat nəfəs vermək, Gəncəni, Qubanı, Lənkəranı və başqa rayonları da digər məsələlər üzrə rahat həyat şəraiti, turizm, təhsil və mədəniyyət səviyyəsi ilə təmin etmək lazımdır.

Xəbər lenti
0