09:51 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Bakının görünüşü

Sabah Bakıda bir ilk baş verəcək

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
271 0 0

Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək

BAKI, 17 oktyabr — Sputnik. Oktyabrın 18-də Bakı Konqress Mərkəzində Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə ilk Milli Turizm Sammiti baş tutacaq. ATB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə Azərbaycanın yeni milli turizm brendinin, loqosunun və şüarının geniş ictimaiyyət üçün təqdimatı olacaq, gələcək planlar və layihələr, qlobal və regional bazarlarda aparılacaq marketing strategiyası haqqında məlumat veriləcək.

Dövlət orqanlarından, diplomatik nümayəndəliklərdən, turizm sahəsinin əsas iştirakçılarından, yerli və xarici şirkətlərdən, kütləvi informasiya vasitələrindən 1500-dən çox iştirakçının təmsil olunacağı sammitdə eyni zamanda Dövlət Turizm Agentliyinin və agentliyin tabeliyində olan Azərbaycan Turizm Bürosununun kollektivi də təqdim ediləcək.

Qeyd edək ki, yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək "Dünya Səyahət Bazarı" (London WTM) sərgisində baş tutacaq.

Əlaqədar

Xəzərdə dəniz turizminin inkişafından nələr gözləmək olar - ekspert şərhi
Turistlərin kamerasını oğurlayan qağayı onlara elə sürpriz etdi ki...
Ərəb turistlərin qaldığı ev yandı, ölən və yaralananlar var
Turist 40 min dollar dəyərindəki üzüyü uddu
Teqlər:
Milli Turizm Sammiti, Azərbaycan Turizm Bürosu, Dövlət Turizm Agentliyi, Bakı Konqress Mərkəzi

Əsas mövzular