Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın xalq artisti Rusiyanın ən yaxşı müğənnisi seçildi

© Photo : Instagram / eminofficialEmin Ağalarov
Emin Ağalarov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyada MusicBox-un "Ən yaxşı müğənni" nominasiyasının qalibi olub

BAKI, 1 oktyabr — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyada MusicBox-un "Ən yaxşı müğənni" nominasiyasının qalibi olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Emin Ağalarovun bununla bağlı sevincini öz Instagram səhifəsindəki izləyiciləri ilə bölüşüb.

"Music Box-un "Ən yaxşı müğənni" mükafatına mən layiq görülmüşəm. Bu nominasiyada mənə səs verən hər kəsə dərin təşəkkürümü bildirirəm. Belə bir ad almaq artist üçün böyük şərəfdir və sizi daha çox sevindirmək üçün əla stimuldur, dostlar!" — deyə Emin yazıb.

MusicBox mükafatı 2013-cü ildən verilir. Ssosial şəbəkələrdə və mükafatın rəsmi saytında keçirilən səsvermə nəticəsində hər bir nominasiya üzrə 6 finalçı müəyyən edilir. Qalib isə bu finalçılar arasından seçilir. 

Emin Ağalarov World Music Awards, "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammafon", "MUZ-TV Mükafatı" və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə də var.

Ağalarov həmçinin Qriqori Leps və Sergey Kojevnikovla birlikdə hər il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısıdır.

Xəbər lenti
0