Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ən ucuz bazar: Gəl, ay müştəri, artistdən qalmadı

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidЗрительный зал кинотеатра, архивное фото
Зрительный зал кинотеатра, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxud yerli kino və serialların pərdəarxasında nə baş verir?

BAKI, 19 sentyabr — Sputnik. Sənətə təzəcə qədəm qoyanda nələr düşünürdüm, nələr?! Gur projektor işıqları altında teatr səhnəsi və salonun qaranlığında əyləşib səni izləyən yüzlərlə insan, pavilyonlar, qırmızı xalılar, reportyorlar, təqdimat gecələri, şou-biznes verilişlərinin həyəcanlı süjetləri, qəfil yaxalandığın paparatsilər və ulduz həyatının bütün məqamları göz qamaşdırırdı. Hər nə qədər televiziya verilişlərindən gördüyümüz müasir sənət adamlarının ehtişamlı həyatı – şöhrəti və zənginliyi insan tamahını oxşasa da, bunun arxasında sənət sevgisi dayanırdı.

Пересчитывание денег - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanda hər kəs onu yer üzündə gəzən Venera planeti zənn edir

Təxminən, 16-17 yaşlarımda — Azərbaycanın teatr mühitinə ilk qədəm qoyduğum vaxtlarda gördüyüm mənzərə isə təsəvvür etdiyimdən qat-qat fərqli idi. Mən kinolardan, televiziya verilişlərindən baxıb həsəd apardığım adamların qəpik-quruş dərdi çəkdiyini gördüm. Şöhrəti kifayət qədər dillərə düşmüş böyük sənətkarların evinin kirayə haqqını ödəyə bilmədiyini eşitdim. Dublyaja çağırılıb, az da olsa, məvacib almağı gözləyən kim, hər yeni çəkilən filmin rejissoruna zəng edib rol almaq üçün yalvaran kim!? Dəhşətə gəlirdim! Belə olmamalı idi.

Həmin vaxtlar seriallar təzəcə çəkilməyə başlayırdı. Aktyorlar, aktrisalar hər seria üçün 50-100 manat arası qonorar aldıqlarını deyirdilər. Mənsə əmin idim ki, onlar yalan danışırlar. Bir adamın həm istedadı, həm təhsili, həm də kifayət qədər sənət təcrübəsi və şöhrəti varsa, onun 50-100 manat məbləğlə kamera önünə çıxarılmasını qəbul edə bilmirdim. Axı mənim təsəvvürümdəki sənətkar həyatını bu məbləğlə yaşamaq olmazdı.

Zaman-zaman mühitin içinə girdikcə, hər künc-bucağı ilə tanış olduqca gördüm ki, ortada bir bazar qurulub, gəl, görəsən! Hələ ucadan qışqırıq səsləri də eşidilir: "artistdən qalmadı", "ucuz-ucuz ssenarilər", "təzə rejissor gəlib, əla maldır". Məəttəl idim. Sənətə heç dəxli olmayan adamları illərin sənətkarlarıyla yan-yana qoyub, artist adı ilə kinoya, seriala çəkirdilər. Ekran dramaturgiyasını, ssenari yazmağın nəzəri qaydalarını belə, bilməyən adamlar dahiyanə dramaturq ədaları ilə dayanıb, hamını yuxarıdan aşağı süzürdü.

Rejissorlar isə lap dəhşətli idi. Burda elə bir şərait yaranmışdı ki, aktyordan operatora qədər, sürücüdən xadiməyə qədər hamı rejissorluq edə bilərdi. Bütün ümidlərim alt-üst oldu. Üzr istəyirəm, yerli kinomuzun yeni şedevrinin dili ilə desəm: ümidlər puç oldu.

Azərbaycanın kino və serial sektorunda özbaşınalıq sürətlə davam etməkdədir. Tamaşaçı ona təqdim ediləni görür və elə zənn edir ki, istedadlı ssenaristlərimiz, rejissorlarımız, aktyorlarımız, aktrisalarımız yoxdur. Azca zövqü olan, sənətdən anlayan bu istedadsız, bayağı, əttökən mənzərəni görüb, yerli mədəniyyətdən birbaşa imtina edir. Lakin mən həmişəki kimi, əminliklə deyirəm ki, bizim kifayət qədər güclü ssenaristlərimiz, rejissorlarımız, aktyor və aktrisalarımız var. Deyəcəksiz ki, varsa, niyə biz bu zay məhsulları izləyirik? Bu dəqiqə izah edirəm.

Televiziya proqramı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Efirlərin qalmaqal sevgisi... və ürəkbulandıran axın

Az əvvəl söz açdığım bazarda əksəriyyəti sənətə aidiyyatı olmayan adamlardır. Onlar sadəcə işsiz qalmasınlar deyə və əlbəttə ki, sənətin şöhrətinə uğunduqları üçün bu bazara giriblər. Ona görə də qiymətləri çox ucuz və sərfəlidir. Keyfiyyət isə, təbii ki, yoxdur. Ucuza qaçan televiziyalar, şirkətlər də onları alır və çəkirlər.

Bir tərəfdən sırf pul xətrinə bu bazara qoşulan kifayət qədər ciddi sənət adamları da var. Onlar da digərləri ilə eyni qiymətə bu bazarda satılır və yalnız aldıqları məvacib qədər sənət göstərirlər. Sanki bununla intiqam alırlar. Lakin əmin olun ki, o adamların sənət tarixinə meydan oxuyacaq qədər istedadları və bilikləri var. Və nəhayət, bir qisim sənət adamı da bu bazara daxil olmağı özünə, öz sənətinə hörmətsizlik kimi qəbul etdiyi üçün uzaqda dayanır. Heç bir kinoya, seriala çəkilmir və taleyi ilə barışıb, inzivada qalır.

İndi də sual yaranır ki, niyə kino və serial sektorunda belə ucuz bir bazar yaranıb və əsl sənət adamları kənarda qalıb? Çünki dövlət büdcəsindən ayrılan pul mənimsənilir. Baxdığınız seriallardakı aktyor və aktrisalar aylıq 50 000-10 000 min manat pul aldıqlarına dair sənəd imzalayırlar. Amma 500-1000 manat arası pul alırlarsa, buna sevinirlər. Həmin sənədlər yuxarı orqanlara göstərilir, pul alınır və hər aktyorun məvacibindən geri qalan məbləğ isə rəhbər şəxslərin cibinə gedir. Beləcə, kimlərsə fırıldaqçılıq, dələduzluqla pul qazanır deyə, sənət, sənətkar və xalq itirir!

Bu problemdən çıxış yolları çoxdur. Məsələn, dövlət sifarişli film və seriallarda rejissorlar və aktyorlarla birbaşa əməkdaşlıq edilsə, ortadakı vasitəçi şəxslər bir qəpik də mənimsəyə bilməzlər. Bunun üçün kart sistemi də yaradıla bilər ki, pul birbaşa rejissorun, aktyorun, aktrisanın, operatorun və digərlərinin öz hesabına yatırılsın. Amma həmin məbləğ büdcədən nazirliyə, nazirlikdən telekanala, oradan da rejissora göndərilənə qədər məbləğin yarısından çoxu oğurlanır.

Özəl sifarişli film və seriallarda isə bu problemi həll etməyin ən yaxşı yolu Türkiyədəki kimi etməkdir. Türkiyədə dövlət böyük şirkətlər üçün qayda tətbiq edib. Hər bir şirkət il ərzində dövlətə ödəməli olduğu vergi qədər kino və seriala yatırım edə bilər. Məsələn, bir şirkət bir il ərzində 500 000 manat vergi ödəməlidirsə, bunu hansısa kino və serialın çəkilişinə yatırıb vergidən azad olur, həm də reklam qazanmış olur.

Məhz buna görə də Türkiyədə şirkətlərin kino və seriallara yatırım etməkdə marağı var. Eyni sistem bizdə də yaradılsa, kifayət qədər yaxşı kino və seriallarımız olacaq. İstehsal olunan keyfiyyətli kino və seriallar isə bu dövlətə və bu xalqa həm pul, həm də şöhrət qazandıracaq.

Yəni ki, sənəti bu dərəbəylikdən, bu ucuz bazardan, bu özbaşınalıqdan, bu dələduz tayfasından xilas etmək, əslində, çox asandır. Yetər ki, istək olsun!

Xəbər lenti
0