Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hökumətin yeni dəyişiklik qərarının mahiyyəti açıqlandı

Abunə olmaq
Dövlət Turizm Agentliyinin nümayəndəsi son qərara aydınlıq gətirib

BAKI, 11 sentyabr — Sputnik. "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti Dövlət Turizm Agentliyinin tabeliyində qalır. Bunu Nazirlər Kabinetinin (NK) 10 sentyabr 2018-ci il tarixli 381 nömrəli qərarını Sputnik Azərbaycan-a şərh edən Dövlət Turizm Agentliyinin (DTA) nümayəndəsi Kənan Quluzadə deyib.

© Sputnik / Murad OrujovMilli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə - Sputnik Azərbaycan
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə

Qeyd edək ki, NK-nın "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında 7 iyun 2018-ci il tarixli 255 nömrəli qərarınının 4.2. bəndinə əsasən "Şahdağ" Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti, 4.3. bəndinə əsasən isə "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar siyahısına daxil edilib.

Quluzadənin sözlərinə görə, Dövlət Turizm Agentliyinin tabeliyindəki "Şahdağ Turizm Mərkəzi" QSC qış mövsümündə kanat yollarının və xizək yamaclarının, yay mövsümündə isə dağ əyləncələrinin fəaliyyətinin tənzimlənməsi, il boyu balansında olan hotellerin idarə edilməsi fəaliyyəti ilə məşğul olduğundan, eləcə də mərkəzin fəaliyyətinin təsərrüfat hesablı prinsip əsasında həyata keçirilməli olduğu nəzərə alınaraq mərkəzin idarəedilməsi üçün nəzərdə tutulmuş vəsaitin optimallaşdırılması, həmçinin büdcə vəsaitlərinin nəticəliliyinin yüksəldilməsi məqsədilə QSC-nin gəlir əldə edilməsi ilə bağlı fəaliyyətinin gücləndirilməsi, eyni zamanda vəsaitlərin qənəatli və səmərəli istifadəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

"İdarəetmənin sistemliliyinin, mövcud resurslardan səmərəli istifadə olunması, nəticə etibarilə, əsas fəaliyyətdən olan gəlirlərin artırılması və xərclərin azaldılması istiqamətində işlərin görülməsi zərurətindən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ" Qış-Yay Turizm Kompleksinin müdiriyyətinin Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ" Qış-Yay Turizm Kompleksinin müdiriyyəti ilə bağlı bəzi məsələlər və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 254 nömrəli qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi barədə 10 sentyabr 2018-ci il tarixli 381 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi qərarlaşdırılıb" — deyə DTA-nın nümayəndəsi vurğulayıb.

Xəbər lenti
0