Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sputnik Azərbaycan-ın əməkdaşı Emin Ağalarovun filmində çəkilib - VİDEO

© Sputnik / Kamilla ƏliyevaСъемки фильма Жара в Баку
Съемки фильма Жара в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Filmdə Azərbaycan və rusiyalı tanınmışlar rol alıblar

BAKI, 26 iyul — Sputnik. İyulun ortalarında Bakıda Rusiya artistlərinin iştirakı ilə "Bir dəfə Jarada" filminin çəkilişlərinə start verilib. Bakıda "Jara" beynəlxalq musiqi festivalında nələrin baş verdiyindən bəhs edən bu romantik komediyanı fanatlardan tutmuş Rusiya estradasının ulduzlarına qədər hər kəs həyəcanla gözləyir.

Filmdə azərbaycanlı və rusiyalı məşhurlar yer alıb. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun multumedia jurnalisti Kamilla Əliyeva da bu filmdə öz peşəsini canlandırıb. O, çəkiliş meydançasında jurnalist obrazını ifa edib. Burada jurnalist Bakı aeroportunda qarşılaşdığı filmin baş qəhrəmanı Artyoma (Sergey Çirkov) sual verir.

© Photo : Kamilla Əliyevanın şəxsi arxivindənSputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun multumedia jurnalisti Kamilla Əliyeva çəkiliş meydançası
Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun multumedia jurnalisti Kamilla Əliyeva çəkiliş meydançası - Sputnik Azərbaycan
Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun multumedia jurnalisti Kamilla Əliyeva çəkiliş meydançası

Rusiya-Azərbaycan filmi olan "Bir dəfə Jarada"nın baş prodüseri iş adamı və müğənni Emin Ağalarov (EMİN), prodüseri Teymur Cəfərov, quruluşçu rejissoru Dina Şturmanova, quruluşçu operatoru Vasili Rıjov, quruluşçu rəssamı isə Maksim Alipçenkodur.

Xəbər lenti
0