Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı ifaçı Kirkorovun klipini parodiya edib

© Photo : FB / dizziofficialbakuАзербайджанский исполнитель Ислам Дадашев
Азербайджанский исполнитель Ислам Дадашев - Sputnik Azərbaycan
Abunə olmaq
Kirkorovun mahnısı və klipi azərbaycanlı ifaçının o qədər xoşuna gəlib ki, onun sözlərini və çarxını dəyişməyə qərar verib

BAKI, 23 iyun — Sputnik. Azərbaycanlı ifaçı İslam Dadaşov Rusiyanın xalq artisti Filip Kirkorovun məşhur "Tsvet nastroyeniye siniy" (Ovqatımın rəngi mavi) hitinin sözlərini dəyişərək yenidən oxuyub və onun klipinə parodiya çəkib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dadaşov özünün Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat verib. O, həmin klipi də öz səhifəsinə yerləşdirib.

YouTube-da yayılan həmin klip sosial şəbəkələrdə geniş səs-küy yaradıb. Müğənni burada göstərmək istəyib ki, əgər mahnı Kirkorovun öz klipində baş verənlər haqqında olsaydı, hər şey necə olardı.

Azərbaycanlı müğənni tərəfindən çəkilmiş çarx Rusiya bloqçuları və KİV-lərinin də diqqətini cəlb edib.

Kirkorov özü hələlik klipə heç bir münasibət bildirməyib. Ola bilsin, o, hələ klipi görməyib. Bununla belə, Dadaşov ümid edir ki, klip Kirkorovun xoşuna gələcək.

İslam Dadaşov "Azərbaycanın səsi" musiqi layihəsinin iştirakçısı olub. Hazırda solo karyerasını davam etdirir, eyni zamanda məşhur ifaçıların kompozisiyalarını parodiya edir.

Xəbər lenti
0