Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlıların sevdiyi aktyora böyük zərər

© Photo : Instagram / burakozcivitTürkiyəli aktyor Burak Özçivit
Türkiyəli aktyor Burak Özçivit - Sputnik Azərbaycan
Abunə olmaq
İllərdir ki, bir şampun markasının üzü olan və rol aldığı serial və filmlərdən böyük gəlir əldə edən aktyorun bu dəfə bəxti gətirməyib

BAKI, 9 iyun — Sputnik. Azərbaycanlıların çox sevdiyi aktyor Burak Özçivitin külli miqdarda zərərə düşdüyü iddia edilir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, son iki filmdən aktyor 7,5 milyon türk lirəsi (2 milyon 8 yüz min manat) zərərə düşüb.

Məlumata görə, tamaşaçıya təqdim edilən Özçivitin "Qardaşım mənim —2" filminə 8 həftədə 573605 bilet, "Can Fəda" filminə isə 6 həftədə sadəcə 292437 bilet satılıb. İllərdir ki, bir şampun markasının üzü olan və rol aldığı serial və filmlərdən böyük gəlir əldə edən aktyorun bu dəfə bəxti gətirməyib.

Xəbər lenti
0