13:24 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
64901

Aktrisa: "Bu tərbiyəsizliyə belə cavab verə bilərəm: Biz bunun serialını çəkdik, canım"

BAKI, 5 iyun — Sputnik. Türkiyənin məşhur aktrisası Özge Borak geyimi və görünüşü ilə sosial şəbəkələrdə ən çox izlənilən sənətçilər sırasındadır. Bir müddət Ata Demirer ilə evli olan məşhur aktrisa bu dəfə sosial şəbəkələrdə ona edilən əxlaqsız təklif barədə paylaşım edib.  

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi bu dəfə paylaşdığı status ilə izləyicilərini təəccübləndirib. Belə ki, azərbaycanlı iş adamı olduğunu və Moskvada yaşadığını iddia edən şəxs aktrisaya əxlaqsız təklif edib. Aktrisanın adını gizli saxladığı şəxs Özge Boraka onunla bir gecə keçirməyin qarşılığında 1 milyon dollar verəcəyi barədə mesaj yazıb.

Özge Borak sosial şəbəkələrdə ona edilən əxlaqsız təklifi paylaşıb
Özge Borak sosial şəbəkələrdə ona edilən əxlaqsız təklifi paylaşıb

Aktrisa öz növbəsində, sosial şəbəkədə edilən bu əxlaqsız təkliflə bağlı status paylaşaraq bunları yazıb: "Mənə mesajlar çox gəlir. İstər qadın, istər kişilərdən. Hər kəsə cavab verməyə çalışıram. Bəzən mənə gələn ən gülməli və maraqlı mesajları paylaşıram. Bu dəfə isə mənə edilən əxlaqsız təklifi paylaşmaq qərarına gəldim. Bu tərbiyəsizliyə belə cavab verə bilərəm: Biz bunun serialını çəkdik, canım".

Qeyd edək ki, aktrisa Türkiyədə yayımlanan "İstanbullu gəlin" serialında rol almışdı.

Əlaqədar

İlin nikahı baş tutdu: Şahzadə Harri aktrisayla evləndi
Azərbaycanlı aktrisanı zorladığı iddia edilən məşhur rejissor 20 il iş ala bilər
Tanınmış aktrisa kinostudiyanı məhkəməyə verdi
Xalq artisti tərəfindən zorlandığını iddia edən aktrisa aksiyaya başladı
Teqlər:
Özge Borak, əxlaqsız təklif, aktrisa, Türkiyə, sosial şəbəkə

Əsas mövzular