15:45 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Nazarbayev və qızı Aliyə

Azərbaycanlı aktyor Nazarbayevin qızının filmində çəkilir

© AFP 2019 / ODD ANDERSEN
MƏDƏNİYYƏT
Qısa URL
410 0 0

Film əfsanəvi döyüşçü, hökmdar Tomrisin həyatından bəhs edir

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 23 may — Sputnik. Məşhur azərbaycanlı kaskadyor, aktyor Sair Fərhad Qazaxıstan prezidentinin kiçik qızı Aliya Nazarbayevanın prodüseri olduğu "Tomris" bədii filmində rol alıb. Fərhad Sputnik Azərbaycan-a bildirib ki, Qazaxıstanda artıq filmin çəkiliş prosesi başlayıb və o, yaxın vaxtlarda çəkiliş prosesinə qatılacaq.

Filmin rejissoru "Rekiter", (Reket) "Likvidator" (Ləğvedən), "Жаужурек мын бала", (Jaujrek – körpə bala) filmiləri ilə məşhur olan Akan Satayevdir. Qeyd edək ki, rejissorun "Дорогу к матери" (Anaya gedən yol) filmi Qazaxıstan kino akademikləri tərəfindən "Oskar" mükafatına da namizəd göstərilmişdi.

Tarixi film Qazaxıstan Mədəniyyət Nazirliyinin sifarişi əsasında çəkilir. Filmin çəkilişləri üzərində Şaken Aymanov adına "Qazaxfilm" kinostudiyası "Satayfilm" kino şirkəti ilə birgə işləyir. Ekran işi eramızdan əvvəl VI əsrdəki hadisələrdən bəhs edir. Həmin vaxt Tomrisin rəhbərliyi ilə saks tayfaları fars işğalçılarına layiqli cavab verir.

Film əfsanəvi döyüşçü, hökmdar Tomrisin həyatından bəhs edir. O, balaca qızdan mahir döyüşçüyə çevrilir, yaxınlarının ölməsini görür, xəyanətkarlardan qisas alır və saks tayfalarını öz vahid hakimiyyəti altında birləşdirməyə müvəffəq olur.

Tomris onun xalqını qüdrətli Əhəmənilər İmperiyasının əsarəti altına almaq üçün güclü ordu ilə gələn II Kirlə xalqının azadlığı uğrunda mübarizə aparmaq məcburiyyətindədir. Filmdə Tomris rolunu Almiroa Tursın canlandıracaq. Bu, onun debüt roludur. Filmin premyerası 2019-cu ildə baş tutacaq.

Qeyd edək ki, Sain Fərhad Azərbaycanda anadan olub, lakin işləri ilə əlaqədar, əsasən, Qazaxıstanda yaşayır. O, peşəkar kaskadyorlar qrupu olan "Nomad Stunts"-un üzvüdür.

Əlaqədar

Qorxu filmi reallıq oldu: Ailə evdə ruh ilə birlikdə yaşayır
“Rembo” ekranlara qayıdır: Beşinci film gəlir
Son günlərin ən çox maraq doğuran filmi sosial şəbəkələrdə paylaşıldı
Türkiyənin bu şəhərində qorxu filminin ssenarisi həyata keçir
Soyqırımla bağlı 18 dəqiqəlik film çəkilib
Teqlər:
"Tomris" bədii filmi, Aliya Nazarbayeva, Sair Fərhad, kaskadyor, Qazaxıstan, aktyor, azərbaycanlı

Əsas mövzular