Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tarixi şəxsiyyətə həsr olunmuş balet nümayiş olunacaq

Abunə olmaq
Gəncə əhalisinin başda böyük sərkərdə Cavad xan olmaqla yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi baletin əsas süjet xəttini təşkil edir

BAKI, 17 may — Sputnik. İyunun 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Sərdar Fərəcovun "Cavad xan" baletinin premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycana verilən məlumata görə, yeni tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunub. Balet tamaşası XVIII əsrdə Azərbaycanda baş verən tarixi hadisələrdən bəhs edir. Gəncə əhalisinin başda böyük sərkərdə Cavad xan olmaqla yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi baletin əsas süjet xəttini təşkil edir.

Yeni tamaşanın quruluşçu baletmeysteri Xalq artisti, prezident mükafatçısı, "Zirvə" və "Qızıl dərviş" mükafatlarının sahibi Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə Xalq rəssamı Rafiz İsmayılovdur.

Qeyd edək ki, tamaşada əsas rolları Azərbaycanın Xalq artisti Gülağası Mirzəyev (Cavad xan), Əməkdar artistlər Nigar İbrahimova (Cavad xanın həyat yoldaşı), Samir Səmədov (general Sisianov), Makar Ferştandt (çar Aleksandr I) və aparıcı solist Ayan Eyvazova (gürcü şahzadəsi) ifa edəcəklər.

Xəbər lenti
0