06:56 21 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Cavad Nur

"Teatra gələndə gecikdiyimi düşündüm"

© Foto: Facebook / Cavad Nur
MƏDƏNİYYƏT
Qısa URL
32910

"Rejissor kimi aktyorla necə işləməyi Bəxtiyar Xanizadədən öyrəndim"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. Azərbaycan Dövlət Pantomima Teatrı uzun illərdir fərqli tamaşaları ilə insanların sevimli məkanına çevrilib. Bu teatr məbədində çalışmaq üçün yüksək aktyorluq qabiliyyəti ilə yanaşı güclü plastikanın olması da mütləqdir. Çünki tamaşalarda sözlər də jestlər ilə izah edilir.

Pantomima Teatrında çalışan gənc aktyorlardan biri, həmçinin rejissorluqla da məşğul olan Cavad Nuriyev Sputnik Azərbaycan-a müsahibə verib.

— Aktyor və rejissor kimi bir yerdə işləmək çətin deyil? Axı deyirlər aktyor rejissor kimi işləyəndə parçalanır…

— Əslində, düsünürəm ki, rejissorun həm də aktyorluq qabiliyyəti olmalıdır. Bu, bir rejissor üçün vacib amildir. Çünki rejissor aktyorluğu bilməsə, aktyorlarla işləyə bilməz. Amma aktyor rejissorluğu bilməsə də olar. Mənim ixtisasım rejissorluq olduğu üçün aktyorluğu da öyrənmişəm. Daha sonra isə aktyorluğu peşə kimi davam etdirməyi düşündüm. 

— Bəs niyə pantomima aktyoru olmaq istədiniz?

— İlk dəfə mənim yaxın dostum Bəhruz Vaqifoğlu ilə Gənclərin 3-cü Ümumrespublika Teatr Festivalında tanış olduq. Orada rəqib idik. Bəhruz orda bir tamaşa hazırlamışdı. Çox bəyəndim, sanki tamaşada özümü gürürdüm. Və beləliklə Bəhruz mənim Pantomima Teatrına gəlməyimə vasitəçi oldu.

— Gələndən sonra peşmançılıq hiss etmədiniz ki?

— Teatra gələndə həqiqətən niyə indiyə qədər bu teatra gəlmədiyimi özümə sual verdim. Və çox gec qaldığımı düşündüm. Həm də pantomima elə bir sahədir ki, susaraq deyə biləcəyin çox şey olur. Bu isə mənə çox yaxın hisslərdir. Bəhruz məni birbaşa teatrın bədii rəhbəri, xalq artisti Bəxtiyar Xanizadənin yanına gətirdi. Və ilk tanışlıqdan sonra Bəxtiyar müəllim mənim teatra gəlməyimə icazə verdi. Həmin ərəfədə teatrda "Hamlet" tamaşası hazırlanırdı. Və mənim üçün bu işi prosesi çox maraqlı idi. Rejissor kimi aktyorla necə işləmək lazım olduğunu və s. məsələləri Bəxtiyar Xanizadədən öyrəndim.

— İxtisasca rejissor ola-ola aktyorluq etməyinizin əsas səbəbi nədir?

— Rejissorun bir müddət aktyor işləməsi mütləq lazımdır. Bəzən ola bilər ki, rejissor hansısa bir işində lazım olan simanı sadə bir insanda tapa bilər, amma ona aktyor tərəfini rejissorun özü öyrətməli və başa salmalıdır. Teatrda isə hər hansısa bir təklif olunmuş vəziyyəti rejissor verir və bilməlidir ki, aktyordan nə istəyir. 

— Pantomima Teatrında rejissor kimi çalışmaq istərdiniz?

— Teatrda aktyor kimi çalışmağıma baxmayaraq, gələcək planlarımda tamaşa da hazırlamaq fikrim var.

— Rejissorlar bəzən aktyorlar ilə sərt davranır, hətta çəkilişləri zamanı onları tənqid edirlər. Sizcə, bu normaldır?

— Qətiyyən! Əsəbiləşmək normaldır. Çünki məşq zamanı hər hansı bir anlaşılmazlıq ola bilər. Amma hər şey həddində olmalıdır və qətiyyən aktyoru təhqir edə bilməz.

— Rejissor və aktyor başqa hansı sahələri bilməlidir və ya işləməlidir ki, mükəmməl olsun?

— Rejissor və aktyor nə qədər çox sahəni bilsə, bir o qədər daha dərin işlər görə bilər. Amma ilk olaraq psixologiyanı bilməlidir. Çünki bütün işlər insan psixologiyası üçün hazırlanır. Və bu səbəbdən bu, çox vacib məsələdir.

— Şəxsi həyat aktyor və rejissorun iş həyatına təsir edir? 

— Hələ ki, şəxsi həyatda elə böyük problem yaşamamışam. Amma bu iş mənim üçün çox çətin sahədir. Ona görə də düşünürəm ki, şəxsi həyatım problemsiz ötüşməyəcək.

— Aktyor olmaq üçün yaraşıqlı və gözəl olmaq mütləqdir?

— Məncə aktyorun yaraşıqlı olması mütləq deyil. Çünki rejissor bəzən obraza uyğun olan real insanı tapır. Bu, çirkin də ola bilər, gözəl də. Aktyor obraza xas olaraq dəyişir.

— Deməli, aktyor olmaq üçün istedad bəs edir?

— Əlbəttə ki, bəs etmir. Bu situasiyaya uyğun dəyişir. Bütün hallarda rejissor öz obrazını tək aktyordan deyil, adi insanlardan da seçə bilər.

Əlaqədar

Azərbaycanlı aktrisanı zorladığı iddia edilən məşhur rejissor 20 il iş ala bilər
"O rejissorla işləsəm, anamın südü mənə qənim olsun"
Azərbaycan adlı dahi rus rejissoru
Dünya şöhrətli rejissor həyatını itirdi

Əsas mövzular