Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ustad sənətkarın yubileyi qeyd olundu

© Photo : Public domainAşıq Şəmşir
Aşıq Şəmşir - Sputnik Azərbaycan
Abunə olmaq
Aşıq Əkbər Kəlbəcərlinin ifasında dillənən saz tədbir iştirakçılarına xüsusilə zövqlü anlar yaşadıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 28 aprel — Sputnik. Bərdə şəhər Uşaq İncəsənət Məktəbində ustad sənətkar Aşıq Şəmşirin 125 illiyi ilə bağlı tədbir keçirilib. Ustad sənətkarın həyat və yaradıcılığına toxunan məktəbin saz sinfinin müəllimi İlham Sahibov Dədə Şəmşirin həyat və yaradıcılığı haqqında danışıb. O, bildirib ki, pedaqoji fəaliyyətinin müəyyən bir hissəsi Kəlbəcərlə bağlı olduğuna görə Aşıq Şəmşir yaradıcılığından yararlanmaq imkanı olub, onun sayəsində aşıq sənətinin incəliklərini mənimsəyib və bu məktəbdən yararlandığına görə böyük sənətkar Aşıq Şəmşiri özünə ustad bilir.

Aşıq Əkbər Kəlbəcərlinin ifasında dillənən saz tədbir iştirakçılarına xüsusilə zövqlü anlar yaşadıb. Aşıq Əkbər Dədə Şəmşirin sözlərinə bəstələnmiş aşıq mahnılarını ifa edib. 

Kəlbəcər əsilli Şəhriyar və Bəxtiyar qardaşlarının nümayiş etdirdikləri ifa da tamaşaçılar arasında rəğbətlə qarşılanıb.

Yasin Əkbərov, Rəşad Əsədov və Kərim Şirinovun iştirakı ilə üçlüyün ifasında səslənən muğam və Dədə Şəmşirin sözlərinə bəstələnən mahnı da yüksək coşğu ilə alqışlanıb.

Tədbirin aparıcısı İlham Sahibov da sazın dili ilə ustad aşığa həsr elədiyi ifanı yüksək peşəkarlıqla nümayiş etdirib. 

Tədbir bayram əhval-ruhiyyəsi ilə başa çatıb.

Xəbər lenti
0