02:33 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Mavi ekranın işığı

Azərbaycanın televiziya məkanında nələr yaşanır — AzTV xaric

CC0 / StockSnap / tv
MƏDƏNİYYƏT
Qısa URL
61002

AzTV yeganə keyfiyyətli yerli telekanaldır

BAKI, 19 aprel — Sputnik. Azərbaycanlıların əksəriyyəti Rusiya və Türkiyə telekanallarını izləyir. Yerli telekanallara isə ən uzağı rus və türk dillərini bilməyən kənd yerlərində baxılır. Bu, hamımızın bildiyi həqiqətdir.

Əməkdar artist Cahangir Qurbanovun İkimizdə bir ürək adlı solo konserti
© Photo : Nəriman İsmayılov

Sənət haqqında ibtidai bilikləri olan adamlar belə, yerli telekanallardan, onların bayağı şoularından, qeyri-peşəkar aparcılarından çoxdan imtina ediblər. Bu telekanallar pavilyonlarından tutmuş verilişlərinin məzmununa qədər, aparcılarının danışıqlarına qədər təpədən-dırnağa utancverici vəziyyətdədir.

Əlbəttə, ölkənin ümumi televiziya məkanında hal-hazırda yayımlanan ən çox üç ortabab veriliş saymaq olar. Lakin bu, istisnadır və bütün nəzəriyyələrdə olduğu kimi istisnalar qaydanı pozmur.

Təcrübəyə görə inkişaf etmiş və inkişafda olan ölkələrin əsas dövlət televiziyası həmin ölkənin ən baxımsız, ən maraqsız telekanalı olur. Çünki bu cür telekanallarda əsasən dövlətin maraqları təbliğ edilir və azad cəmiyyətlər dövlətin təbliğ etdiklərini deyil, özünün maraqlarını əsas götürür. Bizim ölkədə isə bunun tam əksi baş verməkdədir.

Ölkənin əsas dövlət telekanalı olan Azərbaycan Televiziyası (AzTV) digər yerli telekanallarla müqayisədə ən peşəkar, ən professional, ən maraqlı və ən lazımlı repertuara malikdir. Digər telekanalların verilişlərini bir dəqiqə izlədikdə operatorun səriştəsizliyi, səs rejissorunun qeyri-peşəkarlığı, aparıcının idarəetmə qabiliyyətindən yoxsulluğu və başqa bu kimi hallar dərhal sezilir. Azərbaycan Televiziyasının verilişlərində isə bütün hallarda heyətin peşəkarlığı görünür.

Heç şübhəsiz, yerli televiziya jurnalistikası üçün AzTV nəhəng məktəbdir. Bu məktəb Rafiq Hüseynov, Davud Əhmədov, Ofeliya Sənani, Şərqiyyə Hüseynova, Natəvan Hacıyeva, Nərgiz Cəlilova və başqa natiqləri, səhnə ustalarını yetirib. Bu gün də gənclər arasından kifayət qədər bilikli, bacarıqlı diktorlar yetirməkdədir.

Digər telekanalların isə yetirdiyi elə şəxs yoxdur ki, adı Rafiq Hüsyenovla, Nərgiz Cəlilova ilə yanaşı çəkilə bilsin. Onların az qala telekanalın simasına çevirdikləri nitqi qüsurlu, hərəkətləri qeyri-etik, davranışları ürəkbulandıran adamların adlarını sadalamağı isə mən nə özümə, nə də yazıma yaraşdırıram. Hətta digər telekanallarda nitqi səlis və axıcı, səhnə etikası və estetikası olan bir-iki aparıcı varsa belə, onlar da zamanında AzTV məktəbindən keçiblər.

Türkiyə istehsalı Diriliş Ərtoğrul serialından kadr
© Photo : © MNS studio 2014 / "Diriliş Ərtoğrul" serialından kadr

AzTV-nin mədəniyyət, elm və tarix mövzusunda kifayət qədər maairfləndirici, maraqlı verilişləri var. Üstəlik, ölkədə yeganə telekanaldır ki, tez-tez sənədli filmlər, teatr tamaşaları və televiziya tamaşaları yayımlayır.

Bu telekanalın verilişlərində aparıcı qonaqları ələ salmır, qonaqlar bir-birinə stəkan atmır, bir-birinin saçını yolmur, studiyada hamı eyni anda ağız-ağıza verib danışmır. Bu mənada AzTV bu gün Azərbaycanda ən baxımlı və ən maraqlı telekanaldır.

Əlbəttə, mənim müqayisə etdiyim və alqış tutduğum nüanslar dünyada və ölkədə baş verənlərə yanaşma üslubu deyil, sırf sənət məsələləridir. Sənət baxımından isə AzTV bütün digər yerli telekanallara ustad dərsi keçməlidir.

Əlaqədar

Durmadan 20 saat telefona baxdı, başına iş gəldi
Qulu Məhərrəmli: “Yeni televiziya kanalının yaradılması ümid oyadır”
Telekanallarımızla bağlı arzuolunmaz gedişat
Azərbaycan televiziyasında əyləncəli verilişlərin yayımı dayandırıldı
Teqlər:
Azərbaycan Televiziyası, televiziya məkanı, veriliş, AzTV, aparıcı, telekanal, Rusiya, Türkiyə, Azərbaycan

Əsas mövzular