Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın məşhur meyxanaçısı şikəst olmaq təhlükəsi ilə üzləşdi

© Photo : Elyar NourizadehNamiq Qaraçuxurlu
Namiq Qaraçuxurlu - Sputnik Azərbaycan
Abunə olmaq
Fanatlar meyxanaçını zədələdilər

BAKI, 9 aprel — Sputnik. Məşhur meyxanaçı Namiq Qaraçuxurlu Xaçmazda tamaşaçılar qarşısında çıxışı zamanı zədə almaqdan güclə canını qurtarıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Namiq Qaraçuxurlunun öz Instagram səhifəsində yerləşdirilmiş videoçarxdan da görünür.

Bu günlərdə meyxanaçı başına gələn xoşagəlməz hadisə nəticəsində ayağını qırıb. Ona görə də, indiyədək axsayır. Bu dəfə isə Qaraçuxurlu onunla şəkil çəkdirmək istəyən böyük fanat axını nəticəsində yenidən ayağından travma alıb.

"Səhhətimi nəzərə alan təşkilatçıların xahişiylə bu dəfə ayaq saxlaya bilmədim, əziz xaçmazlılar, üzrlü sayın. Sevginiz üçün sizə ayrıca təşəkkür edirəm" — Namiq Qaraçuxurlu yazıb.

Qeyd edək ki, Namiq Qaraçuxurlu Azəraycanın ən çox sevilən meyxanaçılarından biridir. O, Azərbaycanın məşhur müğənniləri Könül Kərimova və xalq artisti Aygün Kazımova ilə birlikdə duetlər oxuyub. Hazırda o, əsasən solo oxuyur və meyxana deyir, mahnılarını isə özü yazır.

Xəbər lenti
0