13:36 23 Aprel 2018
Canlı yayım
Aygün Kazımova

Aygün Kazımova yeni görüntüsü ilə hər kəsi şoka saldı

© Foto: Instagram / aygun_kazimova
MƏDƏNİYYƏT
Qısa URL
1038 0 0

Xalq artistinin 25 yaşlı qıza oxşayan yeni görkəmi heyrət doğurub

BAKI, 16 mart — Sputnik. Azərbaycanın Xalq artisti Aygün Kazımova özünün yenilənmiş gözəlliyi və arıqlığı ilə hamını heyrətləndirib. Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni özünün "Instagram" səhifəsində yeni fotolarını yayımlayıb.

Fotolardan da göründüyü kimi, onun görünüşü tamamlilə dəyişib — artıq çəkidən azad olub və xeyli cavanlaşıb. İzləyiciləri Aygün Kazımovanı kompliment "yağışına" tutublar. Bildiriblər ki, müğənni bu görkəmi ilə 25 yaşlı gənc qıza oxşayır. Qadınlar müğənnidən arıqlamağın sirrini onlarla bölüşməyi təvəqqe ediblər.

Hər zaman açıq-saçıq geyimləri ilə gündəmə gələn Aygün Kazımova son vaxtlar tədbirlərdə ciddi və qapalı geyimlərdə peyda olması ilə bütün pərəstişkarlarını təəccübləndirir. Müğənninin imici ilə hazırda Türkiyədə yaşayan və işləyən məşhur dizayner Rüfət İsmayılov məşğul olur.

Aygün Kazımova Azərbaycan pop musiqisi tarixinin ən məşhur müğənnilərindən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb.

1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.

Əlaqədar

Aygün Kazımova qumarxanada konsert verdi, kişilər heyran qaldı
Aygün Kazımova küçənin ortasında oyun çıxardı - VİDEO
Aygün Kazımovanın fərqli və təvazökar doğum günü - VİDEO
Teqlər:
Xalq artisti Aygün Kazımova, müğənni, musiqi, Azərbaycan

Əsas mövzular