02:13 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
O səs Türkiyə beynəlxalq vokal müsabiqəsinin azərbaycanı finalçısı Ayla Rai

"O səs Türkiyə"nin azərbaycanlı finalçısından sensasiya

© Photo: Instagram / ai.la
MƏDƏNİYYƏT
Qısa URL
33220

Ayla Rai: "Şeytana elə uymuşam ki, məni heç mələk də oyada bilməz"

BAKI, 14 mart — Sputnik. "O səs Türkiyə" beynəlxalq vokal müsabiqəsinin azərbaycanlı finalçısı Ayla Rai "Uyma şeytana" mahnısına çəkilən klipini təqdim edib.

Müğənninin özünün Sputnik Azərbaycan-a verdiyi məlumata görə, kompozisiyanın sözləri və musiqisi Orxan Əhmədbəyova aiddir. Kompozisiyanın özünü də məhz Əhmədbəyov ekranlaşdırıb, aranjemanı isə MS Murada məxsusdur.

İfaçı əmindir ki, mahnı tamaşaçıların xoşuna gələcək. Çünki bu dəfə o, mahnını onun üçün yad olan stildə oxuyub. Klip əsasən qara bürünmüş dağların əhatəsində, əla mənzərələrin fonunda estetik bir şəkildə hazırlanıb. 

"O səs Türkiyə" layihəsindən sonra Rainin dayanmaq fikri yoxdur. Əksinə o, daha çox işləmək, yeni kompozisiya və kliplərlə pərəstişkarlarını sevindirmək niyyətindədir.

Ayla Şiriyeva Bakıda doğulub böyüyüb. O, milli "Azərbaycanın səsi" vokal müsabiqəsinin finalçısıdır. Ona yeni layihələrində həmişə həmkarı Nura Suri dəstək verir.

"O səs Türkiyə" vokal televiziya şousu "The Voice" orijinal formatının adaptasiya edilmiş türk variantıdır. Ənənəvi istedad şoularından fərqli olaraq, bu layihə müxtəlif dillərdə və janrlarda oxumaq qabiliyyəti olan universal solistlərin axtarışı üzrə ixtisaslaşıb. Həmin şouda müxtəlf ölkələrdən, eləcə də Azərbaycandan xeyli səs sahibi iştirak edib. 2014-cü ildə azərbaycanlı Elnur Hüseynov bu layihənin qalibi olub.

Əlaqədar

"O Səs Türkiyə"ni daha bir münsif tərk etdi
Azərbaycanlı çoban "O səs Türkiyə" müsabiqəsinin ikinci turunda - VİDEO
"O səs Türkiyə"də azərbaycanlı qız üstündə dava
Neftçalalı çoban "O səs Türkiyə"dəki uğurundan danışdı

Əsas mövzular