22:32 13 Dekabr 2017
Canlı yayım
Məleykə Əsədova

Məleykə Əsədovaya qarşı şok ittiham: "Əlimizdə səs yazısı var"

© Foto: İnstagram / meleyke_esedova
MƏDƏNİYYƏT
Qısa URL
285311

Məleykə Əsədova xalq artistini, nəvələrini oğurladacağı və başlarına oyun açdıracağı ilə hədələyib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. Xalq artisti Ramiz Məlikin Məleykə Əsədovaya qarşı qaldırdığı qarşılıqlı iddianın dəyəri 300 min manatdır. Bu barədə Sputnik Azərbaycan-a Ramiz Məlikin vəkili Türkel Süleymanlı məlumat verib.

Onun sözlərinə görə, Ramiz Məlik öz reputasiyası, şərəf və ləyaqətini Məleykə Əsədovanınkından yüksək qiymətləndirib: "Əgər Ramiz Məlik sadəcə Əsədovanın uyğunsuz geyiminə irad bildiribsə, o, mənim müvəkkilimi nəinki təhqir edib, həm də onu nəvələri ilə hədələyib".

"Əsədova müvəkkilimi uşaqları oğurlamaq və onlara qarşı qanunsuz hərəkətlər etməklə təhdid edib. O, öz niyyətlərini Ramiz Məlikin həyat yoldaşı ilə telefonda danışarkən bəyan edib. Bizdə onun təhdidlərini sübut etmək üçün söhbətin audioyazısı var" — deyə vəkil bildirib.

Bununla yanaşı, vəkilin sözlərinə görə, Məleykə Əsədova KİV-ə müsahibəsində Ramiz Məlikin şərəf və ləyaqətini alçaldıb: "Başqası haqqında şərəf və ləyaqətinin alçaldılmasına görə məhkəmədə iddia qaldıran adam öz ifadələrinə fikir verməlidir. O, hər yerdə deyir ki, Ramiz Məlik gəlib onun qarşısında diz çöküb üzr istəməlidir. Bu, nə deməkdir, təhqir deyil?".

T.Süleymanlı daha sonra əlavə edib: "Ramiz Məlik çoxillik təcrübəsi olan hörmətli aktyordur. Bu günlərdə məhkəməyə iddia ərizəsi veriləcək".

Xatırladaq ki, noyabrın 22-də Nəsimi Rayon Məhkəməsində Əsədovanın Məlikə qarşı iddiasına dair ilk məhkəmə iclası keçirilib. Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaqın səbəbi Məleykə Əsədovanın şortu, daha doğrusu zahiri görkəmi olub.

Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, Xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də mini-şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.

Əsədova Məlikdən şərəf və ləyaqətinin təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir. Aktrisa hesab edir ki, həmkarı onun şərəf və ləyaqətini alçaltmaqla yanaşı, işgüzar nüfuzuna da xələl gətirib və onu oxucuların qarşısında şantaj edib.

Əlaqədar

Məleykə Əsədova: "Ramiz Məlik şərtimə əməl etməsə, təzminatı ödəməlidir"
Məleykə Abbaszadə müəllimləri sərt tənqid etdi
Ramiz Məlikdən Məleykə Əsədovaya növbəti barışıq çağırışı...
Məleykə Əsədovadan Ramiz Məlikə alçaldıcı çağırış
Teqlər:
Türkel Süleymanlı, Ramiz Məlik, Məleykə Əsədova, ləyaqət, şərəf, iddia, vəkil, məhkəmə, xalq artisti

Əsas mövzular