Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Fransada "Cəngi" sədaları

© AZƏRTACCəngi caz qrupu
Cəngi caz qrupu - Sputnik Azərbaycan
Abunə olmaq
"Cəngi" etno-caz qrupu Fransada konsert verib

BAKI, 4 dekabr — Sputnik. 2 dekabr 2017-ci il tarixində Fransanın Uaz departamentinin Silly-Thillard şəhərində "Cəngi" caz qrupunun iştirakı ilə Azərbaycan etno-caz musiqisindən ibarət konsert keçirilib. Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Azərbaycanın Dostları Assosiasiyası və Xərçəngə qarşı Liqanın Uaz bürosunun təşkilatçılığı ilə keçirilən konsert xərçəng xəstəliyinə qarşı mübarizə aparan liqaya yardım etmək üçün kreativ məqsədlə həyata keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Silly-Thillard şəhərinin meri Jan Vertadye tədbiri açaraq konsertin təşkilatçılarına, xüsusən də, Azərbaycanın Dostları Assosiasiyasına belə gözəl təşəbbüs üçün təşəkkür edib.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel söz alaraq öncə assosiasiyanın fəaliyyəti və həyata keçirilən layihlər haqqında danışıb. O, Azərbaycan barədə tamaşıçılara məlumat verərək qədim tarixə və mədəniyyətə malik olduğunu deyib. J.F.Mansel, həmçinin Azərbaycanın Ermənistanla uzun illər boyu davam edib, həllini tapa bilməyən Qarabağ münaqişəsi, ölkənin 20 faiz torpaqlarının işğal altında olması barədə tamaşaçıları məlumatlandırıb.

© Photo : ADACəngi etno-caz qrupu Fransada konsert verib
Cəngi etno-caz qrupu Fransada konsert verib - Sputnik Azərbaycan
1/6
Cəngi etno-caz qrupu Fransada konsert verib
© Photo : ADACəngi etno-caz qrupu Fransada konsert verib
Cəngi etno-caz qrupu Fransada konsert verib - Sputnik Azərbaycan
2/6
Cəngi etno-caz qrupu Fransada konsert verib
© Photo : ADACəngi etno-caz qrupu Fransada konsert verib
Cəngi etno-caz qrupu Fransada konsert verib - Sputnik Azərbaycan
3/6
Cəngi etno-caz qrupu Fransada konsert verib
© Photo : ADACəngi etno-caz qrupu Fransada konsert verib
Cəngi etno-caz qrupu Fransada konsert verib - Sputnik Azərbaycan
4/6
Cəngi etno-caz qrupu Fransada konsert verib
© Photo : ADACəngi etno-caz qrupu Fransada konsert verib
Cəngi etno-caz qrupu Fransada konsert verib - Sputnik Azərbaycan
5/6
Cəngi etno-caz qrupu Fransada konsert verib
© Photo : ADACəngi etno-caz qrupu Fransada konsert verib
Cəngi etno-caz qrupu Fransada konsert verib - Sputnik Azərbaycan
6/6
Cəngi etno-caz qrupu Fransada konsert verib
1/6
Cəngi etno-caz qrupu Fransada konsert verib
2/6
Cəngi etno-caz qrupu Fransada konsert verib
3/6
Cəngi etno-caz qrupu Fransada konsert verib
4/6
Cəngi etno-caz qrupu Fransada konsert verib
5/6
Cəngi etno-caz qrupu Fransada konsert verib
6/6
Cəngi etno-caz qrupu Fransada konsert verib

Jan Fransua Mansel qeyd edib ki, bu kimi layihlər Azərbaycan musiqisini Fransada təbliğ etməklə yanaşı, azərbaycanlıların qədim və zəngin mədəni irsə malik olduqlarını sübut edir. O, Azərbaycan musiqisini Avropada təbliğ etmək üçün Etno-caz layihəsinin maraqlı seçim olduğunu bildirib.

Sonra Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Azərbaycan musiqisi və "Cəngi" qrupu haqqında məlumat verib. O, muğam sənətinin çox qədim köklərə malik olduğunu, muğamın UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini bildirib.

Xatırladaq ki, 1992-ci ildə məşhur caz ustası və bəstəkar Rafiq Babayev tərəfindən bünovrəsi qoyulan Cəngi qrupu 2002-ci ildən etibarən Azərbaycanın əməkdar artisti Mircavad Cəfərovun rəhbərliyi ilə fəaliyyət göstərir. Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), İsgəndər Ələsgərov (zərb alətləri), Vasif Hüseynzadə (piano), Ruslan Hüseynov (bas gitara) kimi istedadlı musiqiçilərdən ibarət olan "Cəngi" qrupu geniş koloritli repertuarları ilə tamaşaçıların böyük rəğbətini qazanıb.

Onu da qeyd edək ki, "Cəngi" qrupu müxtəlif beynəlxalq festivallarda iştirak edərək Azərbaycanın milli sərvəti olan muğamla caz janrını sintez edərək yeni çalarlarla, özünəməxsus improvizasiyalarla musiqisevərlərə çatdırır.

Xəbər lenti
0