Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Əjdaha" müflisləşdiyini bəyan etdi

© Photo : MetbuatNadir Qafarzadə
Nadir Qafarzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Nadir Qafarzadə Rusiyanın xalq artisti Alla Puqaçovanın "Million alıx roz" mahnısını ifa edib və ona klip çəkdirib

BAKI, 29 noyabr — Sputnik. Azərbaycanın populyar müğənnisi Nadir Qafarzadə Rusiyanın xalq artisti Alla Puqaçovanın "Million alıx roz" mahnısını ifa edib və ona klip çəkdirib.

Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən müğənni bildirib ki, o, çoxdan bu kompozisiyaya klip çəkdirmək istəyində olub. Çünki bu, müğənninin repertuarında ən çox sevdiyi mahnılardan biridir.

İfaçı klipin çəkilişini Ər Toğrula etibar edib və onunla işləməkdən razı qalıb. 

"Mən bu mahnını öz stilimdə oxumağa çalışdım, hətta yenidən aranjeman elədim ki, ona yeni həyat verim. Mən bu çarxa böyük həcmdə pul xərcləməli oldum. O, məni müflisləşdirdi. Lakin o pul buna dəyərdi. Çünki mən həmişə keyfiyyətli iş təqdim etməyi sevirəm" – deyə Qafarzadə bildirib.

Klipin operatoru Şahmar Səfəroğlu, montajçısı Nail Babayevdir. Müğənninin qrimini isə Polina Tkaçenko edib.

Qeyd edək ki, "Million alıx roz" mahnısının müəllifi İlya Reznik və Raymond Paulsdur.

Nadir Qafarzadə özünü Azərbaycan estradasının "Əjdaha"sı adlandırır. O, Rusiyada da məşhurlaşmağı arzulayır. Lakin naməlum səbəblərdən, bu alınmır. Hazırda müğənni toylarda və müxtəlif tədbirlərdə çıxış edir.

Xəbər lenti
0