Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Türkiyədə ər axtaran bakılı gözəl, aktrisa oldu

Abunə olmaq
Azərbaycanlı model şəxsi həyatını unudub sevdiyi işlə məşğul olmaq qərarına gəlib

BAKI, 28 noyabr — Sputnik. "Azərbaycan gözəli — 2016" müsabiqəsinin qalibi Günel Ağayeva türk müğənnisi Sərdar Sayğılının "Qara tren" mahnısının klipinə çəkilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, azərbaycanlı model xeyli vaxtdır ki, Türkiyədə aktyorluq kurslarına gedir və artıq rejissorlardan kliplərə, reklam çarxlarına və seriallara qatılmaq barədə təkliflər alır.

Ağayeva klipdə müğənninin sevgilisi obrazını canlandırır. Buna qədər isə o, "Hande Ataizi ile" evlilik proqramına qatılmışdı. Amma onunla evlənmək istəyən namizəddən ayrılandan sonra model şounu tərk edib və sevdiyi işlə — aktyorluqla məşğul olmaq qərarına gəlib.

Qeyd edək ki, Günel Ağayeva artıq bir neçə aydır ki, Türkiyədə yaşayır və orada teatr təhsili alır. O, reklam layihələrində iştirak etmək, eləcə də türk və Azərbaycan filmlərində çəkilmək niyyətindədir.

Model çox ümid edir ki, Türkiyədə layiqli insanla qarşılaşacaq və gələcəyini onunla birləşdirəcək. Ailə quracağı adamın milliyyəti onun üçün heç bir əhəmiyyət kəsb etmir.

Xəbər lenti
0