Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İranlı nazir məşhur türk aktrisasının filmdə çəkilməsinə qarşı çıxdı, çünki...

© Photo : Facebook / nurgulyesilcayyTürk aktrisa Nurgül Yeşilçay, arxiv şəkli
Türk aktrisa Nurgül Yeşilçay, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Gözəl Cin" filminin təqdimatı 2018-ci ilin fevralında İranın paytaxtı Tehranda keçiriləcək

BAKI, 21 noyabr — Sputnik. İranın Mədəniyyət naziri Abbas Salehi, ölkəsinin Türkiyə ilə müştərək çəkdiyi "Gözəl Cin" adlı filmdən türk aktrisa Nurgül Yeşilçayın çıxarılmasını istəyib. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, nazir N.Yeşilçayın yaşadığı həyat tərzinin İslami dəyərlərə uyğun gəlmədiyi üçün İran kinosunda rol almasını doğru hesab etmir. Lakin filmin prodüseri Fərid Mehrdad, Abbas Salehinin təklifini rədd edib. O, artıq bütün çəkilişlərin tamamlandığını, nümayişə hazırlıq işləri getdiyini söyləyib:

"Ölkəmizin mədəniyyət naziri cənab Salehi mənə və rejissor Bayram Fəzliyə bildirdi ki, Nugül xanım bu filmin heyətindən çıxarılsın. Biz isə ona dedik ki, belə bir şey mümkün deyil. Çünki kino çəkilişləri tamamlanıb. Üstəlik, hələ filmin çəkilişi üçün lisenziya almağa gedən zaman aktyor və aktrisa heyəti barədə nazirliyə list təqdim etmişdik. Əgər təklif o zaman verilsəydi, düşünərdik. İndi isə gecdir".

"Həm də axı bu kino tək İran məhsulu deyil axı. Türkiyə dövləti ilə müştərək çəkilir. Birtərəfli qərar verə bilmərik" — prodüser Fərid Mehrdad deyib.

Qeyd edək ki, "Gözəl Cin" filminin təqdimatı 2018-ci ilin fevralında İranın paytaxtı Tehranda keçiriləcək.

Xəbər lenti
0