19:00 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
MƏDƏNİYYƏT
Qısa URL
54201

Tanınmış azərbaycanlı müğənni yeni klipində yataq səhnələrinin çəkilişlərinə gənc aktyorları cəlb etdi

БАКУ, 21 noyabr — Sputnik. Məşhur müğənni Nadir Qafarzadə "Könül" mahnısına çəkilmiş yeni klipin təqdimatını kemirib.

Müğənninin Sputnik Azərbaycan-a bildirdiyinə görə, mahnı xeyli vaxtdır yazılsa da, ifaçı çəkiləcək klipilə bağlı uzun müddətdir götür-qoy edib.

Nadir Qafarzadə hamıdan fərqlənmək üçün 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan yeni klipinə intim səhnələr daxil etməyi qərarlaşdırıb.

"Yataq səhnələrini gənc aktyorlar canlandırıb. Əminəm, xeyli təqid olacaq, amma bu mənim vecimə də deyil. İstəmiyən baxmasın" — deyə müğənni fikrini bildirib.

Azərbaycanın musiqi səhnəsinin "əjdahasının" fikrincə, bu klipdən problem yaratmaq üçün heç bir səbəb yoxdur.

Əsas mövzular