Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əfsanəvi musiqi qrupu geri qayıdır

© Sputnik / Алексей Куденко / Mediabanka keçidSpice Girls
Spice Girls - Sputnik Azərbaycan
Abunə olmaq
Qrupun "Viva Forever" adlı mahnısı 1998-ci ilin əsas hiti olmuşdu və il ərzində musiqi çartlarının siyahısında qalmışdı

BAKI, 12 noyabr — Sputnik. 1990-ci illərdə populyarlığın zirvəsində olan "Spice Girls" pop-qrupunun üzvləri 2018-ci ildə yenidən birləşərək birgə fəaliyyət göstərəcək.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, belə gözlənilməz addıma televiziyada yeni şou veriliş və növbəti albomun buraxılması da daxil olmaqla bir sıra layihələr üzərində iş səbəb olub.

Viktoriya Bekhemin əvvəllər həmişə bu tip təkliflərə qarşı olduğunu bildirməsinə baxmayaraq, bu dəfə o da digər sabiq solistlərlə birgə buna razılıq verib.

Qrupun "Viva Forever" adlı mahnısı 1998-ci ilin əsas hiti olmuşdu və il ərzində musiqi çartlarının siyahısında qalmışdı.

Xəbər lenti
0