23:16 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Ayla Şiriyeva

"O səs Türkiyə"də azərbaycanlı qız üstündə dava

© Photo: İnstagram / ai.la
MƏDƏNİYYƏT
Qısa URL
112 0 0

Azərbaycanlı qız "O səs Türkiyə" şousunda növbəti tura keçib

BAKI, 30 oktyabr — Sputnik. Gənc azərbaycanlı ifaçı Ayla Şiriyeva "O səs Türkiyə" vokal şousunun iştirakçısı olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Ayla şouda Cessi Ceyin "Mamma Knows Best" kompozisiyasını səsləndirib.

Səsini və performansını bəyənən münsiflər heyətinin dörd üzvünün hamısı — Yıldız Tilbə, Hadisə, Gökhan və Murad Boz ona sarı dönərək Aylanı öz komandasında görməyi arzuladığını bildirib.

Şiriyeva seçim etməkdə xeyli çətinlik çəkib. Jüri onun yaraşıqlı olduğu üçün Murad Bozu seçəcəyini iddia ediblər. Ayla isə "bura gələrkən ürəyimdə birini seçmişdim, amma o, sanki məni istəmir" deyincə, münsiflər bir ağızdan, "yox, biz hamımız səni istəyirik" deyə etiraz ediblər. Ayla xeyli tərəddüddən sonra "Delikanlım" mahnısını ifa edərək Yıldız Tilbəni seçdiyini bildirib.

Ayla Şiriyeva Bakıda doğulub-böyüyüb. O, "Azərbaycanın səsi" vokal müsabiqəsinin finalçısıdır. Hazırda müğənni solo karyerasını davam etdirir.

"O səs Türkiyə" — vokal televiziya şousu The Voice orijinal şousunun Türkiyəyə uyğunlaşdırılmış variantıdır. Ənənəvi istedad şoularından fərqli olaraq burada iştirakçılar müxtəlif dillərdə və müxtəlif janrlarda mahnı oxuyurlar. İfaçı butonu basaraq ona tərəf dönən münsiflərdən birini seçir və fəaliyyətini onun komandasında davam etdirir. Azərbaycan müğənnisi Elnur Hüseynov 2014-cü ildə bu şounun qalibi olub.

Xatırladaq ki, hazırda Azərbaycandan həmin şouda ikinci tura keçərək çoban Pərvin Səfərov, Aynurə Şirinova və Pərvin Əfəndizadə iştirak edir.

Əsas mövzular