12:08 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
28 0 0

O, "Avatar-2"-də Ronal xarakterini canlandıracaq

BAKI, 6 oktyabr — Sputnik. 11 kateqoriyada Oskar mükafatına layiq görülən "Titanik" filmində əsas rollardan birini oynayan aktrisa Keyt Uinslet maraqlı kino təklifi alıb. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, 41 yaşlı aktrisa "Avatar-2" filminə çəkiləcək.

Məlumatı filmin rejissoru Ceyms Kameron paylaşıb. "Keyt və mənim karyeramın zirvəsi olan "Titanik" filminin çəkilişindən 20 il keçib. Yenidən onunla birgə işləmək üçün darıxmışdım. Əlbəttə, o da mənim üçün darıxıb. O, "Avatar-2"-də Ronal xarakterini canlandıracaq, çox həyəcanlıyam" — Kameron bildirib.

Əlaqədar

Azərbaycanlı aktrisa Sibel Canla eyni seriala çəkiləcək
Əfsanəvi aktrisa öldü
Məşhur aktrisa hamının gözlədiyi suala cavab verdi
Aktrisa ətraf mühitin qorunmasına belə töhfə verdi
Tanınmış aktrisadan üzücü xəbər
Teqlər:
Ceyms Kameron, "Avatar-2", "Titanik" filmi, qəhrəman, aktrisa, rejissor, Keyt Uinslet

Əsas mövzular