09:05 20 Yanvar 2018
Canlı yayım
Gənc Tamaşaçılar Teatrı

Yeni tamaşa hamını təəccübləndirəcək

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
22 0 0

Tamaşanın premyerası oktyabr ayının 27-də saat 15.00-da baş tutacaq

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın son hazırlıq işləri yekunlaşmaq üzrədir.

Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ilk dəfə satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur "Qulliver Cırtdanlar ölkəsində" əsərinə müraciət edən kollektiv tamaşanı fərqli yozumda təqdim edir.

Tamaşada kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla həll olunub. Quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, plastika üzrə iş Ceyhun Dadaşova məxsus tamaşada Respublikanın Əməkdar artistləri Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Elşən Hacıbabayev, Müşfiq Əliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Asya Atakişiyeva, Nuriyyə Əliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Nuranə Hüseynova, Aygün Fətullayeva, Vüqar Məmmədəliyev, Bəhram Həsənov və başqaları iştirak edirlər.

Qeyd edək ki, tamaşanın premyerası oktyabr ayının 27-də saat 1500-da baş tutacaq.

Əlaqədar

SSRİ Xalq artistinin yubileyinə xüsusi tamaşa həsr ediləcək
ADGT teatrı Oyunlar zamanı 7 tamaşa nümayiş etdirəcək
Nümayişi qadağan olunan tamaşa

Əsas mövzular