Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb

© Photo : AZƏRTACÜzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi
Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Festival günlərində ümumilikdə 30-dan artıq tədbir keçirilib

BAKI, 27 sentyabr — Sputnik. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, festivalın bağlanış mərasimində elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Gecədə Almaniyanın Münhen Akademik Orkestri çıxış edib. Gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə gerçəkləşən konsertin solisti Xalq Artisti Murad Adıgözəlzadə olub. Konsertdə dahi bəstəkarın və bir sıra dünya bəstəkarlarının əsərlərinə müraciət edilib.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalı böyük əks-səda doğurub. Festival konsertlərində müxtəlif ölkələrin tanınmış musiqiçiləri, bədii kollektivləri, solistləri və dirijorları iştirak ediblər.

Builki festivalda Azərbaycanla yanaşı, Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan olan tanınmış musiqi kollektivləri konsert proqramları ilə çıxış ediblər. Festival günlərində ümumilikdə 30-dan artıq tədbir keçirilib. Paytaxtımızın müxtəlif mədəniyyət ocaqlarında təşkil olunan tədbirlərdə musiqisevərlər Üzeyir Hacıbəyli ilə yanaşı, digər tanınmış yerli və xarici ölkə bəstəkarlarının əsərlərini dinləyib.

Xəbər lenti
0