Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan–Rusiya festivalının qalibləri ilə görüş keçirilib

© Photo : InterazAzərbaycan–Rusiya festivalının qalibləri ilə görüş
Azərbaycan–Rusiya festivalının qalibləri ilə görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Çelyabinsk şəhərində "Azərbaycan–Rusiya: dostluq qanadlarında" devizi altında gənclərarası yaradıcılıq müsabiqə-festivala 2013-cü ildən start verilib

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də Nizami Kino Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov "Azərbaycan–Rusiya: dostluq qanadlarında" devizi altında gənclərarası yaradıcılıq müsabiqə-festivalın təşkilatçıları və qalibləri ilə görüş keçirib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə çıxış edən İdarənin rəisi V.Zeynalov qonaqları salamlayaraq, hər iki ölkə arasında olan mədəni əlaqələrin tarixindən danışıb. Vurğulayıb ki, müsabiqə-festivalın keçirilməsində məqsəd mədəniyyətimizin milli xüsusiyyətlərinin tanıdılması, Azərbaycan və Rusiya mədəniyyətlərinin qarşılıqlı inkişafı üçün şəraitin yaradılmasıdır.

© Photo : InterazAzərbaycan–Rusiya festivalının qalibləri ilə görüş
Azərbaycan–Rusiya festivalının qalibləri ilə görüş   - Sputnik Azərbaycan
Azərbaycan–Rusiya festivalının qalibləri ilə görüş

Rusiya Federasiyasının Çelyabinsk vilayətində Azərbaycan diasporu Rəfail Quliyev çıxışında Azərbaycanın mədəni inkişafını və mənəvi dəyərlərini təbliği istiqamətində görülən işlərin Rusiyada yaşayan xalqlara çatdırılması və 5-ci ildir ki davam edən festivalın əhəmiyyətini qeyd edib.

Festivalın münsiflər heyətinin sədri, Rusiyanın Əməkdar İncəsənət Xadimi, Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyasının estrada kafedrasının müdiri, professor Ruslan Xabibulin ənənəvi olaraq keçirilən bir çox gəncin iştirak etdiyi festival-müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunaraq, xatirə şəkli çəkilib.

Qeyd edək ki, Çelyabinsk şəhərində "Azərbaycan–Rusiya: dostluq qanadlarında" devizi altında gənclərarası yaradıcılıq müsabiqə-festivala 2013-cü ildən start verilib. Müsabiqə-festival Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Çelyabinsk vilayətinin mədəniyyət, elm və təhsil nazirliklərinin, Çelyabinsk Şəhər Administrasiyasının birgə təşkilatçılığı, Çelyabinsk Vilayəti Azərbaycan Mədəniyyət Mərkəzi "Ozan" ictimai təşkilatının dəstəyi ilə keçirilib. Müsabiqə-festivalda vokal, instrumental, xoreoqrafiya, təsviri incəsənət və diyarşünaslıq nomisiyaları üzrə qaliblər seçilib. Festivalın yekun qala konsertinin proqramına Q.Qarayev, F.Əmirov, Y.Poplyanova və başqa məşhur azərbaycan və rus bəstəkarlarının əsərləri və xalq mahnıları daxil olub.

Xəbər lenti
0