Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

IMAGINE Avropa Tolerantlıq Festivalı Bakıda

© Sputnik / Irade JELILAvropa İttifaqının Müvəqqəti İşlər üzrə vəkili Denis Daniilidis
Avropa İttifaqının Müvəqqəti İşlər üzrə vəkili Denis Daniilidis - Sputnik Azərbaycan
Abunə olmaq
Sonda İmam Həsənovun "HOPE" sənədli filminin nümayiş etdirildi.

BAKI, 6 sentyabr — Sputnik. Roma Müqaviləsinin 60 illik yubileyi münasibəti ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, Park Cinema, Landmark Hotel, DocuBaku, "United Cultures", Baku Media Centre, YARAT ilə birgə əməkdaşlıq çərçivəsində və Turkish Airlines-ın dəstəyi ilə ilk IMAGINE Avropa Tolerantlıq Festivalını təşkil edir. IMAGINE Avropa Tolerantlıq Festivalının əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.

Bu gün IMAGINE Avropa Tolerantlıq Festivalının keçirilməsi ilə bağlı mətbuat konfransı keçirildi. "Flame Tover"də yerləşən Park Sinemanın satış meneceri Musa Axundovun sözlərinə görə, hər il ənənəvi olaraq Avropa İttifaqı ilə birlikdə "Avropa Film Festivalı" keçirilir: "Bu il artıq 7-ci dəfədir ki, festifal keçiriləcək. Bu il sürpriz olaraq, iki film festivalını təqdim etməyə çalışdıq. "Avropa Film Festivalı" noyabr ayında keçiriləcək. Ondan öncə isə IMAGINE festivalı çərçivəsində sənədli filmlər təqdim ediləcək. Festival oktyabr ayının 12-dən 20-ə qədər Bakıda keçiriləcək və bir çox müxtəlif tədbirləri özündə birləşdirəcək: musiqi tamaşaları, debatlar və müzakirələr, film nümayişləri, foto və video müsabiqəsi, incəsənət sərgiləri və s".

Daha sonra Avropa İttifaqının Müvəqqəti İşlər üzrə vəkili Denis Daniilidis çıxış edərək, festivalla bağlı öz fikirlərini bildirdi. O qeyd etdi ki, festivalın mövzusu tolerantlıqdır: "Bu fikir məndə Buenos-Ayresə səfər zaman yarandı. Orada hava limanında böyük ekranlar var və orada təhlükəsizlik qaydaları yer alır. Ancaq Argentinada bu ekranlarda müxtəlif insan simaları var idi. Bu insanlar müxtəlif etnik mənsubiyyətə malik insanlar idi. Buna görə də mən fikirləşdim ki, Avropada olan dini, etnik müxtəlifliyin qələbəsini göstərən bir tədbir keçirmək lazımdır. Və bu tədbiri Azərbaycan kimi tolerant bir ölkədə keçirmək olar".

Denis Daniilidisin sözlərinə görə, festivalın kino bölməsi xüsusi aktuallığa malikdir. Tolerantlıq və müxtəliflik mövzusunu özündə əks etdirən 20 Avropa sənədli filmi "DokuBaku" Beynəlxalq Sənədli film Festivalı çərçivəsində təqdim olunacaq. "DokuBaku" Beynəlxalq Film Festivalı dünyanın hər yerindən seçilmiş məşhur sənədli və reallığa əsaslanan filmləri Azərbaycan tamaşaçılarına nümayiş etdirəcək. İlk dəfə keçiriləcək olan Festivalın əsas mövzusu sosial və mədəni məsələlərə qarşı yeni yanaşmanı araşdıran Reallığın Yoxlanılmasıdır.

Sonda İmam Həsənovun "HOPE" sənədli filminin nümayiş etdirildi.

Xatırladaq ki, IMAGINE Avropa Tolerantlıq Festivalı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, Park Cinema, Landmark Hotel, DocuBaku, "United Cultures", Baku Media Centre, YARAT ilə birgə əməkdaşlıq çərçivəsində və Turkish Airlenes-ın dəstəyi ilə təşkil olunur.

Xəbər lenti
0