06:44 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
57810

Festivalda dünyanın 59 ölkəsindən 240-dan çox musiqiçi və artist iştirak edib

BAKI, 1 sentyabr — Sputnik. "Şark taronaları" ("Şərq təranələri") XI Beynəlxalq Musiqi Festivalının qran-prisi Azərbaycandan olan Sahib Paşayevə qismət olub. Bu barədə Sputnik Özbəkistan-ın müxbiri məlumat verir.

Avqustun 30-da Səmərqənddə "Şark taronaları" festivalının qala-konserti baş tutub. Konsertdə müsabiqə proqramına yekun vurulub. Qeyd edək ki, festivalda dünyanın 59 ölkəsindən 240-dan çox musiqiçi və artist iştirak edib.

Hər birinin mükafatı 3 min dollar olan üç üçüncü yer İrandan (Naghah), İndoneziyadan (INO Ensamble) və Türkiyədən (Meshk Ensemble) olan musiqi kollektivlərinə verilib. İki ikinci yeri Qırğızıstan (Muras ansamblı) və Litva (Sauges dueti) qazanıblar. Onların hər birinə 5 min dollarlıq mükafat təqdim edilib.

Hər birinin mükafatı 7 min dollar olan iki birinci yeri isə Cənubi Koreya (Goseong Folk-song Preservation Foundation) və Özbəkistan (Mohichehra ansamblı) bölüşüb.

Festivalın qran-prisi və 10 min dollar mükafatı Azərbaycandan olan musiqiçilər Sahib Paşazadə və Kamran Kərimov qazanıblar.

  • Şark taronaları (Şərq təranələri) XI Beynəlxalq Musiqi Festivalının qran-prisi
    "Şark taronaları" ("Şərq təranələri") XI Beynəlxalq Musiqi Festivalının qran-prisi
    © Sputnik

1 / 3
© Sputnik
"Şark taronaları" ("Şərq təranələri") XI Beynəlxalq Musiqi Festivalının qran-prisi

"Mən çox xoşbəxtəm ki, müsabiqənin qran-prisini biz qazandıq. Mən buraya böyük bir arzumun həyata keçməsinin arxasınca gəlmişdim. Hələ uşaqlıqdan, Səmərqənddə çıxış etməyi arzulayırdım" – Sahib Paşazadə qeyd edib.

"Şark taronaları" ("Şərq təranələri") Beynəlxalq Musiqi Festivalı Səmərqənddə 25-30 avqust tarixlərində keçirilir. Festival ilk dəfə 1997-ci ildə İslam Kərimovun təşəbbüsü ilə keçirilib. Bayramın əsas məqsədi milli musiqi mədəniyyətinin populyarlaşdırılması və qorunmasıdır. Festival hər iki ildən bir avqust ayının sonunda keçirilir.

Əlaqədar

Qəbələ festivalında möhtəşəm simfonik musiqi axşamı
Musiqi sənətimizin korifeylərindən biri
Türk pop musiqisinin əfsanəsi
Əfsanəvi musiqiçi vəfat etdi
Teqlər:
Sahib Paşayev, XI Beynəlxalq Musiqi Festivalı, "Şərq təranələri", "Şark taronaları"

Əsas mövzular