Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Seriallar cəmiyyətə nə aşılayır?

CC0 / islandjoe / Watching TVДевушка смотрит телевизор
Девушка смотрит телевизор - Sputnik Azərbaycan
Abunə olmaq
Partiya üzvləri ilə keçirdiyi görüşdə Baxçalı, siyasi problemlərlə yanaşı sosial məsələlərə də toxunub

BAKI, 29 iyul — Sputnik. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı türk seriallarını sərt tənqid edib. Sputnik Azərbaycan bu barədə "NTV"-yə istinadən xəbər verir.

Partiya üzvləri ilə keçirdiyi görüşdə Baxçalı, siyasi problemlərlə yanaşı sosial məsələlərə də toxunub.

"Seriallar nifrət saçır, sanki fəlakətə xidmət edir. Üzlər əsəbi, gərgin, hamı bir-birini öldürür. Halbuki qardaş kimi yaşamaq var ikən, qan davası aparmaq, belə ssenariləri cəmiyyətə yaymaq nə qədər də cahillikdir. Türkiyə silkələnməli, özünə gəlməlidir. İnanın telekanallarımıza baxanda ürəyim ağrayır, gələcəyimizi yaxşı görə bilmirəm. Proses çox təhlükəli həddə tərəf gedir. Ancaq mən yenə də ümidimi itirmək istəmirəm. Nəzakətimiz, davranışımız gözəlliyə və yaxşılığa, davamız isə türk millətinin səadət və salamatçılığına xidmət etməlidir" — Baxçalı qeyd edib.

Xəbər lenti
0