Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xocalıdan olan gənc qız öz istedadı ilə İsveçrədə hamını heyran edib

© Photo : Şəxsi arxivindənXocalıdan olan gənc pianoçu Brilyant Məmmədli İsveçrənin Val-de-Travers şəhərində keçirilən beynəlxalq ifaçıların "Concours International pour jeunes interprètes" adlı müsabiqəsində
Xocalıdan olan gənc pianoçu Brilyant Məmmədli İsveçrənin Val-de-Travers şəhərində keçirilən beynəlxalq ifaçıların Concours International pour jeunes interprètes adlı müsabiqəsində - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı pianoçu xarici gənc ifaçıların beynəlxalq müsabiqəsində öz istedadını nümayiş etdirib

BAKI, 12 iyul — Sputnik. Xocalıdan olan gənc pianoçu Brilyant Məmmədli İsveçrənin Val-de-Travers şəhərində keçirilən beynəlxalq ifaçıların "Concours International pour jeunes interprètes" adlı müsabiqəsində ikinci yeri tutub.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycanın dostları" İctimai Birliyinin sədri Arzu Əliyeva-Bodner məlumat verib. Onun sözlərinə görə, Məmmədli müsabiqədə Niyazinin, Volfqanq Motsartın və Sebastyan Baxın əsərlərini ifa edib.

© Photo : Şəxsi arxivindənBrilyant Məmmədli
Brilyant Məmmədli - Sputnik Azərbaycan
Brilyant Məmmədli

Əliyeva-Bodner onu da bildirib ki, Məmmədli ötən il də həmin müsabiqədə iştirak etmiş və ikinci yeri tutmuşdu.

Qeyd edək ki, Brilyant Məmmədli Gəncə musiqi kollecinin müəllimi Xatirə Usubovanın yetirməsidir. Hazırda Naftalan şəhərindəki musiqi məktəbində təhsil alır. Onun burada müəllimi Xatirə Qəmxarovadır. Məmmədlinin ailəsi ermənilər tərəfdən işğal olunmuş Xocalıdandır.

Xəbər lenti
0