23:37 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
63 0 0

İfaçılar 55 dəqiqədə muğam sənətinin bütün gözəlliyini isveçrəlilərə və buradakı əcnəbi qonaqlara çatdırmağa çalışıblar

BAKI, 28 iyun — Sputnik. İsveçrənin Bazel şəhərində "Azərbaycan mədəniyyəti inciləri" proqramı çərçivəsində "Azərbaycan muğamları gənc muğam ifaçılarının təqdimatında" adlı növbəti layihə həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, layihə İsveçrədə fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Əliyevanın təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin və ölkəmizin İsveçrədəki səfirliyinin dəstəyi ilə reallaşıb.

İsveçrədə “Azərbaycan muğamları gənc muğam ifaçılarının təqdimatında” adlı layihə
© AZƏRTAC
İsveçrədə “Azərbaycan muğamları gənc muğam ifaçılarının təqdimatında” adlı layihə

Bazel şəhərindəki "Botanika" bağında təşkil olunan muğam axşamında Azərbaycan musiqisinin pərəstişkarları iştirak edib.

Azərbaycandan dəvət olunmuş gənc muğam ifaçıları Ehtiram Hüseynov, Günay İmamverdiyeva və onları müşayiət edən musiqiçilər Xəyyam Məmmədov, Rövşən Qurbanov qonaqlara unudulmaz anlar yaşadıb. İfaçılar 55 dəqiqə davam edən musiqi proqramında muğam sənətinin bütün gözəlliyini isveçrəlilərə və buradakı əcnəbi qonaqlara çatdırmağa çalışıb.

Sonda tədbir iştirakçılarına və qonaqlara təşəkkür edən Arzu Əliyeva belə tədbirlərin tamamilə fərqli mədəniyyətə, düşüncə tərzinə malik insanlar arasında körpü olduğunu vurğulayıb. Gələcəkdə də bu cür görüşlərin keçiriləcəyinə böyük ümid bəslədiyini bildirib və əlavə edib ki, bu kimi layihələr İsveçrə musiqiçilərinin də Azərbaycanda konsertlərinin təşkilinə təkan verəcək.

Qeyd edək ki, Azərbaycan muğam sənətinə həsr olunmuş ikinci konsert proqramı "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi"nin sədri Qasım Nəsirovla birgə Bern şəhərinin "Ono" Mədəniyyət Mərkəzində təşkil olunub. Bu tədbirdə də Azərbaycan musiqisinin çoxsaylı pərəstişkarlarını bir araya gətirib.

Əlaqədar

Əyalət müəllimi sistemləşdirilmiş muğam cədvəli tərtib edib
Azərbaycan Muğam Caz Hərəkatının memarı
Ağdamda Muğam Mərkəzinin təməli qoyulub
Muğam dünyasının Seyidi
Daş ürəklərdə yanıb daşları sındırdı muğam
Öz ifası ilə muğam ustalarını qorxuya salmış ustad
Teqlər:
"Ono" Mədəniyyət Mərkəzi, Rövşən Qurbanov, Xəyyam Məmmədov, Günay İmamverdiyeva, Ehtiram Hüseynov, Azərbaycanın Dostları" Birliyi, Arzu Əliyeva, İsveçrə

Əsas mövzular