Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu müğənni yeni Maqomayev olmaq istəyir

© Photo : 1tvАзербайджанский певец, финалист всемирно известного проекта в России "Голос Дети-3" Азер Насибов
Азербайджанский певец, финалист всемирно известного проекта в России Голос Дети-3 Азер Насибов - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc azərbaycanlı ifaçı əmindir ki, Moskvada məşhurlaşmaq üçün ağıl, qabiliyyət və istedad lazımdır

BAKI, 23 may — Sputnik. Rusiyanın "Səs.Uşaqlar" vokal şousunda Azərbaycandan da çoxlu gənc vokalçılar iştirak edib. Lakin onlar arasında finala qədər gəlib çatanlar nadir hallarda olub. Onlardan biri də 16 yaşlı azərbaycanlı Azər Nəsibovdur. O, ölkəmizi layiqincə təmsil edib və hazırda müğənniliyi davam etdirir, Rusiya ulduzları ilə birlikdə konsert proqramlarında çıxış edir. Sputnik Azərbaycan-a müsahibəsində gənc ifaçı "Səs.Uşaqlar" layihəsindən sonrakı həyatından danışıb.

Всем спокойной ночи и удачного завтрашнего дня.Люблю вас❤❤❤

Публикация от Азер Насибов | Azer Nasibov 🎆 (@azerkonasibov) Май 20 2017 в 11:35 PDT

 

— Azər, siz "Səs" layihəsindəki iştirakınızla təkcə Rusiya seyrçilərinin deyil, digər ölkələr olan tamaşaçıların da ürəyini fəth eləmisiz. Bu layihədən sonra sizin həyatınız hansı istiqamətdə dəyişdi?

— Heç ağlıma da gətirmirdim ki, bu layihəyə düşəcəyəm və məni seçəcəklər. Mən layiqincə çıxış etmək üçün çox böyük güc sərf etmişəm. Şadam ki, hər şey istədiyim kimi alındı. İfam zamanı hər üç münsifin eyni vaxtda dönməsi mənim üçün böyük şok oldu. Bilirəm ki, Azərbaycanda mənimlə qürur duyurlar. Mən bundan çox məmnunam. "Səs. Uşaqlar" layihəsindən sonra mənim həyatım yaxşılığa doğru çox dəyişib. Mən Moskvanın, Sankt-Peterburqun və digər şəhərlərin böyük səhnələrində çıxış etməyə başlamışam. Hətta konsert vermək üçün qastrol səfərlərinə getmişəm. Mən gələcək həyatımı müğənni karyerasına həsr etmək qərarına gəlmişəm və bunun üçün də hələ öz üzərimdə çox işləməliyəm. Bunun üçün böyük imkanların olduğu Moskva şəhərinə gəlməyim lazım idi ki, mən də bunu etdim. Bu il Moskvanın estrada –caz sənəti kollecinə daxil oldum və hazırda orada təhsil alıram.

— Populyar olmaq necə bir hissdir?

— Bunu hiss etmək çox gözəldir ki, səni təkcə azərbaycanlılar, ruslar deyil, digər millətlərdən olan insanlar da tanıyırlar. Amma mən özümü populyar hesab etmirəm, çünki buna nail olmaq üçün hələ çox çalışmalıyam. Məşhur olmaq üçün daha çox işləmək, yeni mahnılar yazdırmaq lazımdır. Eyni zamanda müxtəlif festivallarda da iştirak etmək istəyirəm. Bunlarla yanaşı, yeni bir müsabiqədə də iştirak etmək planım var, amma hələlik bunu açıqlamaq istəmirəm.

 

— Bakıya tez-tez gəlirsiniz?

— Mənim valideynlərim artıq 20 ildir ki, Leninqrad vilayətinin Syasstroy şəhərində yaşayırlar və mən də orada anadan olmuşam. Azərbaycanda bizim qohumlarımız yaşayır. Ona görə də çalışırıq ki, vaxt tapıb onlara gedək. Mən vətənimi çox sevirəm. Axırıncı dəfə ora ötən il xüsusi qonaq simasında "Qış" Bakı Uşaq festivalına gəlmişəm və Heydər Əliyev Sarayında iştirakçılarla birlikdə çıxış etmişəm. Oradakı bütün uşaqlarla dostlaşmışam və özüm üçün yeni üfüqlər açmışam. Publika məni çox yaxşı qarşıladı. Bu isti münasibəti mən hələ heç yerdə görməmişdim. Xoşbəxtəm ki, öz vətənimdə səhnəyə çıxmışam. Eyni zamanda ötən il Beynəlxalq Musiqi Festivalı olan "Jara"da da iştirak etmişəm. Bilmirəm bu il də məni dəvət edəcəklər, ya yox, amma çox istəyərdim. Yayda mütləq dincəlmək üçün Bakıya gələcəm.

Мой Азербайджан❤❤❤ #азернасибов #голосдети #голосдети3 #азербайджан #azerbaycan #azerbaijan

Публикация от Азер Насибов | Azer Nasibov 🎆 (@azerkonasibov) Май 8 2017 в 9:46 PDT

 

— Siz artıq neçə ildir oxuyursunuz?

— Özümü qanandan həmişə televizora baxmışam və ifaçıları yamsılamışam. Çox istəmişəm peşəkar səviyyədə oxuyum və buna görə də anamla danışdım ki, məni musiqi məktəbinə qoysun. Vokal pedaqoqum Nadejda Vasiyevna Dementyeva mənə qulaq asdı və musiqi məktəbinə götürdü. Beş yaşım olanda, məndə müğənni olmaq arzusu baş qaldırıb. Mən sadə ifaçı olmaq istəmirəm, Müslüm Maqomayev kimi böyük ifaçı olmaq istəyirəm. O, mənim kumirim, idealımdır. Müslüm Maqomayevi bütün dünya tanıyır. Onun adı indiyə qədər yaşayır və hamı onun mahnılarını dinləyir. Mən də özümə məhz belə tale arzulayıram. Mənim repertuarımda onun bir neçə mahnısı var – "Azərbaycan", "Mavi sonsuzluq", "Musiqini mənə qaytar", "Dünyanın ən gözəl şəhəri" və s.

😎😎😎 #азернасибов

Публикация от Азер Насибов | Azer Nasibov 🎆 (@azerkonasibov) Май 13 2017 в 8:12 PDT

 

— Deyirlər ki, Moskvada şöhrət qazanmaq üçün istedad yox, çoxlu pul lazımdır…

— Mən bu fikirlə razı deyiləm və elə hesab etmirəm. Şöhrət qazanmaq üçün ağıl, qabiliyyət və istedad lazımdır, başqa heç nə. Mahnı, ona mətn yazmaq və oxumaq üçün pul vacib deyil. Biz ifaçılar yaradıcılıqla məşğuluq və populyarlıq qazanırıq, sosial şəbəkələrdə böyük miqdarda izləyicilərimiz olur. Onlar bizə qulaq asırlar, öz səhifələrində paylaşırlar və beləliklə də məşhurlaşırıq.

— Hazırda nə ilə məşğulsuz?

— Öz səviyyəmi artırmaq üçün vokalla məşğul oluram. Repertuarımda yeni mahnılar var. Onları artıq başqa müğənnilər oxuyub. Hazırda öz müəllif bəstələrim üzərində işləyirəm. Tezliklə çıxacaqlar və dinləyicilər onlara qulaq asa biləcəklər. Tez, ya da gec, bu, baş verəcək.

Xəbər lenti
0